DÜŞMƏN MƏHV EDİLDİ - Müdafiə Nazirliyi açıqladı - VİDEO

Avqustun 8-də gündüz saatlarında cəbhənin Xocavənd-Füzuli istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərib.

Müdafiə Nazirliyinin mətbuat xidmətində verilən məlumata görə, dərhal görülən tədbirlər nəticəsində geri çəkilməyə məcbur edilən təxribat qrupunun bir üzvü sərrast atəşlə məhv edilib.
Qeyd olunur ki, qoşunlarımız heç bir itki verməyib və əməliyyat şəraiti tam nəzarətdədir.