​Düşmən Ağdamda uşaqları HƏDƏFƏ ALDI: 13 yaşlı qız... - FOTO

Baxış sayı:
8824

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini yenidən pozaraq cəbhə bölgəsində yaşayan dinc əhalini atəşə tutub. 
Bu gün saat 17:30 radələrində Ağdam rayonunun Çıraqlı kəndinin azyaşlı sakinləri düşmənin hədəfinə tuş gəliblər. Atəşə məruz qalanlar uşaqlardan birinin səhhəti pisləşib.
Ordu.az-ın verdiyi məlumata görə, 13 yaşlı Məmmədova V. Yasin qızının valideynləri Ağdam rayon təcili tibbi yardım stansiyasına müraciət edib. Kəndə gələn həkim briqadası uşağa ilkin tibbi yardım göstərərək, onu xəstəxanaya aparıblar. 
Xəstəxanada tam müayinə edilən azyaşlı daha sonra evə buraxılıb. Hazırda onun vəziyyətinin qənaətbəxş olduğu deyilir. 
Qeyd edə ki, Ağdamın Çıraqlı kəndin mütəmadi olaraq düşmənin atəşinə məruz qalır.

Düşmən Ağdamda uşaqları hədəfə aldı: 13 yaşlı qız xəstəxanalıq oldu - FOTO

Düşmən Ağdamda uşaqları hədəfə aldı: 13 yaşlı qız xəstəxanalıq oldu - FOTO