​Dünyanın yiyəsi və onu idarə edənləri siz də tanıyın - 1542 MİLYARDER

2016-cı illə müqayisədə 2017-ci ildə dollarla sərvət saxlayan milyarderlərin sayı 145 nəfər artaraq 1542 nəfərə çatıb.
Muxalifet.az xəbər verir ki, Türkiyə bu siyahıda 12-ci yerdədir.
Ən çox milyarder ABŞ-dadır. Ancaq yaxın 2-3 ildə Çin və Hindistan milyarderlərinin ABŞ zənginlərini ötüb keçəcəyi gözlənilir.
İsveçrənin UBS Bankının milyarderlər haqqında hesabatına görə, dünyadakı milyarderlərin toplam sərvəti 2016-cı illə müqayisədə 17 faiz artıb. Hazırda dünya milyarderlərinin əlində 6 tirlyon dollar cəmləşir.
Hesabatda qeyd edilir ki, bu yüksəlmə daha çox texnologiya, maliyyə xidmətləri və sənaye sayəsində olub. Raporta görə, milyarderlər dünya çapında 2,8 milyon insanı işlədir.
ABŞ milyarderlərinin ümumi sərvəti 2,4 tirlyon dollar olub. Ancaq 1017-ci ildə ABŞ-da daha 25 yeni milyarder ortaya çıxıb və ümumi məbləğ 2,4 milyarddan, 2,8 milyard dollara qədər yüksəlib.
Dünyada milyarderlərin dörddə üçü Çin və Hindistanın payına düşür. 2017-ci ildə Çində 67, Hindistanda isə 16 yeni milyarder ortaya çıxıb.
Dünya milyarderlərinin 39 faizinin yaşı 70-dən çoxdur. Asiyalı milyarderlər nisbətən daha gəncdir.
2017-ci ilin məlumatına görə, ABŞ-da 563, Çində 318, Almaniyada 117, Hindistanda 100, Rusiyada 96, Honkonqda 69, İngiltərədə 55, İtaliyada 42, Fransada 39, İsveçrədə 35, Yaponiyada 33, Türkiyədə 29, İspaniyada 25, Sinqapurda isə 21 milyarder var.