DÜNYANIN ƏN ZALIM QATİLLƏRİ: İşlədikləri cinayətlər insanın tüklərini biz-biz edir

Baxış sayı:
5149

Elə qətl hadisələri var ki, onları oxuyanda insanın tükləri biz-biz olur, damarlarında qanı donur. “Ölkə.Az” xəbər verir ki, bəzən bu qatillər silsilə cinayətlər törədirlər. Bu gün oxucularımıza dünyanın ən zalım silsilə cinayət törədən qatillərinin siyahısını təqdim edirik. 1.Polis qatil Popkov 54 yaşlı keçmiş rus polisi Mixail Popkov 22 cinayətindən sonra daha 56 nəfəri qətlə yetirdiyini etiraf edib. Onun etirafı dünyanı şoka salmışdı. Qana doymayan Popkovun ümumi 78 cinayət törətdiyi bilinir. Məhkəmə qurbanların az qala hamısının qadın olduğunu,ancaq bir kişi meyitinə rast gəlindiyini bildirib. İncələmələr nəticəsində öldürülən kişinin də polis olduğu məlum olub. Popkov 22 cinayətə görə 2012-ci ildə ömürlük həbs cəzasına məhkum edilib. Onun qurbanları yaşı 16-40 arasında dəyişən qadınlar olub. O, gecə saatlarında qadınlara evə qədər ötürməyi təklif edib və qurbanlarını öldürüb. 2.Şahmat taxtası qatili Aleksandr Piçuşkin Moskvada 4 il ərzində 48 nəfəri qətlə yetirib. Məhkəmənin hökmü ilə ömürlük həbs cəzasına məhkum edilib. Qatil etiraf edib ki, öldürmək istədiyi hər bir insan üçün şahmat taxtasının bir xanasına öldürdüyü insan yerinə xətt çəkirmiş. O, sərxoş və yaşlı kişiləri özünə qurban seçirmiş. 3.Rostov qəssabı 12 il ərzində aralarında uşaqlar, gənclər və cinsi ehtirasını söndürmək üçün oğurladığı qadınlar olan 52 nəfəri öldürüb. Keçmiş müəllim olan Andrey Çikatilo 1994-cü ildə edam edilib. 4. ABŞ-ın ən böyük silsilə qatili ABŞ-ın Texas ştatında həbsdə olan və məhkəməsi hələ də davam edən Semuel Littl 90 nəfəri öldürdüyünü etiraf edib. Bu etirafdan sonra Federal Təhqiqatlar Bürosu araşdırma apararaq, Semuelin qurbanlarının əsasən narkotik maddə aludəçiləri və seks kölələri olduğunu üzə çıxarıb. Əgər onun cinayəti sübuta yetirilsə, ABŞ-ın ən böyük silsilə qatili ünvanını əldə edəcək. 5.Yaşıl çay qatili 14 il əvvəl 50 fahişəni qətlə yetirdiyini etiraf edən amerikalı Qeri Ridqveyin cinayət keçmişi 2003-cü ildə başlayır və qanlı plan 1980-ci illərin əvvəlində qurulub. Yaşıl çay qatili ünvanı isə onun ilk qurbanının meyitinin su yolunda tapılması olub. Qeri hələ də həbsdədir. 6.Doktor Ölüm 2000-ci ildə 15 yaşlı xəstəsinə qəsdən morfin verdiyini etiraf edən ailə həkimi Herold Şimpan etdiyi etirafdan sonra ömürlük həbsə məhkum edilib. 1971-1998-ci illər arasında 250-ə yaxın xəstəni qətlə yetirib. Bu səbəbdən İngiltərənin ən pis silsilə qatili sayılır. Həbsinin 4-cü ilində özünü asaraq intihar edib. 7.Genuya canavarı Əsl peşəsi səyyar satıcılıq olan Luis Alfredo Qaravito 1990-cı illərin əvvəlində 189 oğlan uşağını öldürdüyü üçün 2000-ci ildə 835 il müddətinə həbs edilib. Kolumbiyada anadan olan Qaravito qurbanları ilə xeyriyyəçi, satıcı, rahib və əlil insan cildinə girərək tanış olub. 8.And dağları canavarı 1980-ci ildə Ekvadorda gənc bir qadını qaçırmağa çalışarkən, bir marketdə həbs edilən Pedro Lopez Monselve 16 il müddətinə həbs edilib. Həbsdən sonra And dağları canavarı ləqəbli cinayətkar Kolumbiyaya ekstradisiya edilib. Burada isə bir psixiatrik klinikaya göndərilmişdi. Monselve isə xəstəxanadan qaçıb. Hazırda onun 70 yaşı var. 8.Alman tibb bacısı Dedektivlər 41 yaşlı tibb bacısı Niels Hegeli Almaniyanın şimalında işləyərkən xəstəxanalarda qulluq etdiyi 100 xəstəyə ölümcül dozada dərman verərək ölümünə səbəb olduğunu bildiriblər. Qəbirlərdən çıxarılan meyit qalıqları test ediləcək və məhkəmənin son prosesi may ayında keçiriləcək. Əgər Hegelin cinayətləri sübuta yetirilsə, ikinci dünya müharibəsindən sonra ən çox insan öldürən silsilə qatil ola biləcəyi ehtimal edilir. Dedektivlər alman tibb bacısı ləqəbli Nielsin daha çox insan öldürdüyünü, meyitləri isə yandırdığını düşünürlər.