Dünyanın ƏN TƏHLÜKƏLİ vulkanlarından biri püskürdü: yaralılar var - FOTO
9-12-2019 10:00
Baxış sayı:
12436

Yeni Zelandiyanın Bəyaz adasındakı Uakaari vulkanı püskürüb.
Publika.az xəbər verir ki, ilkin məlumata görə, 20 nəfər xəsarət alıb. Onların turist ola biləcəyi ehtimal edilir.
Yerli vaxtla 14:30-da vulkandan kül buludları qalxmağa başlayıb. Adaya xilasedici helikopterlər göndərilib. Yerli əhaliyə pəncərələrini açmamaları və evdən çıxmamaları barədə tövsiyələr verilib.
Qeyd edək ki, Uakaari son dəfə 2001-ci ildə püskürmüşdü.
Xatırladaq ki, Uakaari dünyanın ən təhlükəli 12 vulkanı siyahısında 5-ci yerdədir.