​Dünyanın ən sürətli 7 yaşlı oğlanı rekord vurdu - VİDEO

Baxış sayı:
9973

"Blaze" ("Alov") ləqəbi ilə məşhur olan amerikalı Rudolf İnqremin 7 yaşı var. O, 100 metr məsafəni 13,48 saniyədə qət edib. 60 metr məsafədə də Rudolf rekord vuraraq 8,69 saniyəlik nəticəyət nail olub. Muxalifet.az Daily Mail-ə istinadən bildirir ki, balaca Rudolfu mütəxəssislər dünyanın ən sürətli 7 yaşlı oğlanı hesab edirlər. ABŞ-ın Florida ştatında yaşayan Rudolf Həvəskar Atletika İttifaqının (Amateur Athletic Union, AAU) üçqat çempionu, Amerika Futbol Liqasının (NFL) gənc ulduzudur. Onun 4 yaşlı qardaşı da futbol və yüngül atletika ilə məşğul olmağa başlayıb. 100 metr məsafəyə qaçışda dünya rekordu yamaykalı atlet Useyn Bolta məxsusdur. 2009-cu ildə Berlində o, 100 metrlik sprinti 9,58 saniyəyə qaçıb. Bu isə 44,72 km/saat sürət deməkdir. Balaca Rudolfun məşqçisi atasıdır.