Dünyanın ən önəmli neft damarı - HÖRMÜZ BOĞAZI

Baxış sayı:
652

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) sahillərində baş vermis "sabotaj"da Səudiyyə Ərəbistanının iki neft tankerinin zədələndiyi bildirilir.

BƏƏ Füceyrə limanı yaxınlığında fərqli ölkələrin bayraqları altında üzən dörd gəminin hədəf alındığını açıqladı.

Rəsmi Riyad hesab edir ki, partlamalar dünya neft mənbələrinin təhlükəsizliyinə qarşı yönəlib.

Füceyrə limanı dünyanın ən böyük yanacaqdoldurma xətti olan Hörmüz boğazının girişindədir.

Hörmüz boğazı isə Yaxın Şərqin neft hasilatçısı ölkələrinin Asiya, Avropa, Şimali Amerika və digərlərinə neft göndərdiyi kritik bir marşrutdur.

Bura həmçinin onillərdir davam edən regional gərginliklərin də mərkəzidir.

Hörmüz boğazı haradadır, hansı böyüklükdədir?

Boğazın ən dar hissəsinin eni 33 kilometrdir.

Bu su kanalının hər iki tərəfində 3 kilometrlik ixrac marşrutu mövcuddur.

Nə üçün önəmlidir?

Hörmüz boğazı

ABŞ Enerji İnformasiya İdarəsinin təxminlərinə görə, 2016-cı ildə boğazdan gündə 18,5 milyon barrel neft daşınıb.

"Vortexa" şirkətinin hesablamalarına görəsə, 2017-ci ildə bu rəqəm 17,2 milyon barrel, 2018-ci ilin ilk yarısında 17,4milyon barrel olub.

Dünya üzrə gündəlik neft istehlakı təxminən 100 milyon barreldir, bunun beşdə biri Hörmüz boğazından daşınır.

Tankerlər

Nəql edilən xam neftin böyük bir hissəsi Neft İxrac edən Ölkələr Birliyindəki (OPEC) Səudiyyə Ərəbistanı, BƏƏ, İraq və İrandan ixrac edilərək Hörmüz boğazı vasitəsilə başqa ölkələrə çatdırılır.

Dünyanın ən böyük LNG ixracatçısı Qətərin istehsal etdiyi təbii maye qazın, demək olar ki, hamısı bu marşrutla göndərilir.

Neft boruları

1980-88-ci illərdəki İran-İraq müharibəsində hər iki tərəf bir-birinin neft ixracatına problemlər yaratmış, bu gərginlik "tanker müharibəsi" kimi tarixə düşmüşdü.

ABŞ-ın Bəhreyndə dislokasiya olunmuş 5-ci eskadrilyasına ticari gəmiləri qorumaq tapşırığı verilmişdi.

İran 2015-ci ildə ABŞ və digər 5 böyük dövlətlə nüvə müqaviləsi imzalayaraq sanksiyaların ləğvi təqdirində nüvə proqramını məhdudlaşdırmağa razılaşdı.

Ancaq ABŞ prezidenti Donald Trump müqavilədən çəkiləndən sonra 2018-ci ildə İrana qarşı sanksiyalar yenidən bərpa edildi.

ABŞ İranın nüvə silahı istehsalını davam etdirməsindən narahatdır, rəsmi Tehransa bu iddianı rədd edir.

Daha əvvəl həm BƏƏ, həm də Səudiyyə Ərəbistanı daha çox neft xətti inşa edilməsi də daxil olmaqla, Hörmüz boğazında yan keçəcək fərqli alternativləri araşdırmışdı.

Hörmüz boğazında baş vermis qarşıdurmalar

Hörmüz boğazı ABŞ və İranın qarşı-qarşıya gəldiyi bir çox tarixi hadisəyə səhnə oldu.

1988-ci ildə ABŞ-a məxsus hərbi gəmi "USS Vincennes" İranın sərnişin təyyarəsini vurdu, təyyarədəki 290 nəfər həlak oldu.

Rəsmi Washington onu səhvən hərbi təyyarə bilərək hədəfə alındığını açıqladı. Ancaq İran hadisənin qəsdən törədilməsində israr etdi.

USS Vincennes1988-ci ildə ABŞ-a məxsus hərbi gəmi "USS Vincennes" İranın sərnişin təyyarəsini vurdu, təyyarədəki 290 nəfər həlak oldu

Rəsmi Washington həmçinin bildirdi ki, "USS Vincennes" hərbi gəmisi neftdaşıma gəmilərini İran donanmasının hərbi hücumlarından qorumaq üçün o bölgədə saxlanır.

2008-ci ildə isə rəsmi Washington iddia etdi ki, İrana aid gəmilər ABŞ-ın üç hərbi gəmisinə yaxınlaşaraq onları təhdid edib.

İran İnqilab Keşikçilərinin o vaxt rəhbəri olan Məhəmməd Əl-Cəfəri hücuma məruz qalacaqları təqdirdə boğazdakı gəmiləri tutacaqlarını açıqladı.

2010-cu ildə Əl-Qaidəyə bağlı Abdulla Əzzam Briqadaları Hörmüz boğazındakı Japoniya neft tankeri "M Star"a hücum çəkdi.

2012-ci ildə rəsmi Tehran İranın neft gəmilərini hədəfə almaqda günahlandırdığı ABŞ və Avropanın sanksiyalarına Hörmüz boğazını blokada altına almaq təhdidiylə cavab verdi.

2015-ci ildə İran bir qazma platformasına ziyan vurduğu səbəbilə Sinqapur bayraqlı tankeri hədəf aldı, bir konteyner gəmisini isə ələ keçirdi.

2018-ci ilin iyul ayında İran prezidenti Həsən Ruhani bu ölkənin neft ixracatını sıfıra endirmək təklifini səsləndirən ABŞ-ı Hörmüz boğazındakı neft nəqlinə problemlər yaratmaqla hədələdi.

İran İnqilab Keşikçilərinin bir rəsmisi isə İrandan neft ixracı durdurulacağı təqdirdə Hörmüz boğazındakı ixracatını tamamilə əngəlləyəcəkləriylə bağlı xəbərdarlıq etdi./bbc