​Dünyanın ən kasıb prezidenti təqaüdə çıxdı

Baxış sayı:
508

Dünyanın ən kasıb eks prezidenti sayılan Uruqvay senatoru Xose Muxika təqaüdə ayrılmaq qərarına gəlib.
Muxalifet.az “Newsweek” nəşrinə istinadən xəbər verir ki, yorulduğunu söyləyən senator həmçinin təqaüddən də imtina edəcəyini bildirib.
“Mən bunun uzun səyahətdən sonra bir yorğunçuluq olduğunu deyərdim” – eks prezidentin senatda oxunan məktubunda qeyd edilib.
Onun hələ 2020-ci ilə kimi senatda qalmaq hüququ var idi.
Muxika həmçinin dövlət tərəfindən ayrılan təqaüddən imtina edərək onu almayacağını söyləyib.
“Nə qədər ki mənim bədənim fəaliyyət göstərir mən, həmrəylikdən və ideyalarım uğrunda mübarizədən imtina edə bilmərəm” – həmçinin həyat yoldaşı olan senat rəhbərinə ünvanlandığı məktubunda qeyd edilir.