Dünyanın “ən kasıb prezident”i postdan gedir

Tarixə “ən kasıb prezident” kimi düşəcək Urquvay dövlətinin başçısı Xose Muxikanın bu gün səlahiyyət müddəti başa çatır.

Konstitusiyaya əsasən dövlət başçısı ikinci müddətə namizədliyini irəli sürə bilməzdi. Urquvayda keçirilən seçkinin nəticələrinə görə, 2015-ci il martın 1-də bu ölkənin keçmiş prezidenti, 74 yaşlı həkim-onkoloq Tabare Vaskes 4 illik fasilədən sonra yenidən hakimiyyətə qayıdacaq. Bununla belə, Muxika siyasi arenadan uzaqlaşmaq niyyətində deyil, o, senator kimi fəaliyyət göstərəcək.

Prezidentlik müddəti başa çatan Uruqvay lideri keçmişdə Turmaaros qruplaşmasının iştirakçısı kimi tanınır. Bu qruplaşma 1960-70-ci illərdə rejimə qarşı hərbi mübarizə üsulundan istifadə edərək terror aktları törədilməsində, bankların qarət olunmasında və girov götürülmə kimi əməıliyyatlar reallaşdırıb. Ordu ilə toqquşmalarda Muxika 6 güllə yarası alıb, ələ keçdikdən sonra ciddi işgəncələrə məruz qalıb və ümumilikdə 14 azadlıqdan məhrum edilib. 1985-ci ilin mart ayında siyasi məhbuslara amnistiya tətbiq olunandan sonra azadlığa çıxaraq belə nəticəıyə gəlib ki, zorakı vasitələrlə hakimiyyəti zəbt etmək cəhdləri yanlış olub. Hakimiyyətdə olduğu müddətdə KİV onu dünyanın ən kasıb prezidenti kimi təqdim edib. Muxika sadə geyinməyə üstünlük verib, əmək haqqının böyük hissəsini xeyriyyəçilik məqsədilə sərf edib və şəhər ətrafındakı sadə evində yaşayıb(modern/az).