​Dünyanın ən güclü avtomobili “Devel Sixteen”

Baxış sayı:
6139

 “Devel Motors” şirkəti yeni modelini təqdim edib. Muxalifet.az xəbər verir ki, BƏƏ-də yerləşən şirkətin istehsal etdiyi “Devel Sixteen” modeli V16 tipli mühərriklə təchiz edilib.
Aqreqat 5007 at gücü hasil edir. Şirkətdən bildiriblər ki, mühərrikin gücü 20%-ə qədər endirilib.
12.3 litr həcmli mühərrik “Steve Morris Engines” şirkəti tərəfindən hazırlanıb. Avtomobil yerindən 100 km/saat sürəti 1.8 saniyəyə əldə edir. Maksimal sürəti isə 515 km/saatdır.
 “Devel Sixteen” 2 milyon dollara satılacaq. Bundan başqa avtomobilin bir və ya iki mühərrikli versiyaları da istehsal edilir. Təkmühərrikli versiyada aqreqat 1500 at gücü hasil edir. İki mühərrikli aqreqatın gücü isə 3000 at gücüdür. Bu modellər uyğun olaraq 1.6 və 1.8 milyon dollara satılacaq.