Dünyanın ən böyük “Quran”ı nümayiş olundu - FOTO

Baxış sayı:
8179

Türkiyədə iriölçülü “Quran” kitabı sərgilənib. Muxalifet.az anadolu agentliyinə istinadən xəbər verir ki, Türkiyənin Dəyanət Vəqfi tərəfindən hər il Ramazan ayında təşkil olunan 38-ci Türkiyə Kitab və Mədəniyyət sərgisində İstanbulun Böyük Çamlıca məscidində nümayiş olunan “Quran” böyük marağa səbəb olub. Kitabın ağırlığı 70 kq təşkil edir. Ölçüsü 71X98 sm, qalınlığı isə 9 sm-dir. Bununla da Türkiyədə ən böyük “Quran”ı ərsəyə gətirən mətbəəçi Mustafa Cüflük deyib: “Müqəddəs kitabın ilk ayəsində deyildiyi kimi, “Quran” divardan asılmaq üçün deyil, oxumaq üçün nazil olub”. Nəhəng kitabın hazırlanması dörd ay vaxt aparıb.