​Dünyanın ilk robot xəbər aparıcısı - Video

Baxış sayı:
3925

Çinlilər süni intellekt bazasında yeni robotu nümayiş etdiriblər. Robot bütün sutka boyu qonorar və məzuniyyət tələb etmədən xəbərlər proqramını aparmaq gücünə malikdir.
Muxalifet.az xəbər verir ki, bununla bağlı Çinin mərkəzi televiziyası məlumat yayıb.
Bildirilib ki, kiberjurnalistin təqdimatı Çjetsyan bölgəsində keçirilən İnternetin idarə edilməsi üzrə ümumdünya konfransında baş tutub.
Qeyd edilib ki, robot ölkədə tanınmış jurnalist Tsyu Xaonun səsi ilə xəbərləri səsləndirir.