Dünyanın gözü Soçidə! 3 liderdən çox önəmli açıqlamalar

Baxış sayı:
4480

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin iştirakı ilə "Suriya" mövzusunda Türkiyə-Rusiya-İran Üçlü Zirvə Toplantısı çərçivəsində Soçi şəhərində bir araya gəlib.
 
Ərdoğanın açıqlaması:
 
“Soçidə olmağımdan böyük məmnunluq duyuram. Kritik bir dövrdə çox kritik bir zirvə keçiririk. 8 ildir ki, bombaların altında həyata qalmağa çalışan Suriya xalqı bizdən siyasi çözüm yolunda sevindirici xəbərlər gözləyir. Bütün çətinliklərə, fikir ayrılıqlarına və aramızı vurmağa yönəlik bəzi təxribatlara baxmayaraq Astana ruhunu mühafizə etdik. Astana platforması Suriyadakı qanın durması üçün praktik olaraq nəticələr ortaya qoyan ən uğurlu təşəbbüsdür. Türkiyə olaraq biz Suriya xalqının ən çətin vaxtlarında yanında olduq. İndiyə qədər 35 milyard dollar civarında onlara vəsait xərclənib. Qonşumuz Suriyanın bir an əvvəl sülhə qovuşması üçün əlimizdən gələni etdik, etməyə də davam edirik. Ümidlərini bu toplantıya bağlamış qardaşlarımıza müjdələr verəcəyimizə inanıram”.
 
 Rus lider Putinin açıqlamaları;
 
 “İndi Suriyanın torpaqlarının demək olar ki, hamısında atəşkəs rejimi mühafizə edilir. Bu bizim konkret və müsbət birgə cəhətimizdir. Astana Suriya üçün daimi bir siyasi həll prosesinə səbəb oldu. Rusiya, Türkiyə və İran birgə səylərlə Suriyadakı həyatın normallaşması üçün çalışır. İdlibdə gərginliyin azaldılması barədə anlaşmağımız lazımdır. Bu da terrorçuların varlığına dözməli olduğumuz anlamına gəlmir. Atəşkəs İdlibdəki terrorçular üçün bəhanə ola bilməz. Suriyanın şimal şərqindəki vəziyyəti də müzakirə etdik. ABŞ-ın əsgər çəkmə qərarını da müzakirə etdik. Cənab Ərdoğan ilə apardığımız fikir mübadiləsində Suriyanın ərazi bütövlüyü məsələsində həmfikir olduq. Suriya konstitusiya komissiyasının qısa bir müddət içərisində işlərinə başlaması böyük əhəmiyyət kəsb edir”.
 
Ruhaninin açıqlamaları;
 
 “Suriyada toqquşmalarda həyatını itirən hər kəsə Allahdan rəhmət diləyirəm. Alacağımız önəmli qərarlar üçün işimizə davam edirik. Bu qərarın Suriya xalqına kömək etməsini istəyirik. Terrorla mübarizədə ən önəmli ünsürlərdən biridir. Siyasi dialoqu genişləndirməliyik. Azad bir Suriyanın yenidən inşa edilməsində hamımız birlikdə olmalıyıq. Suriyanın də içəridən hər hansı bir terror təhdidinə məruz qalmamasına çalışmalıyıq. Bir tərəfdən də Suriyanın milli sərhədlərini və ərazi bütövlüyünün təmin etməsi üçün çalışırıq. Nə bu ölkədə, nə də başqa ölkələrdəki terrorçuları qoruyanlar bilsin ki, heç bir şəkildə terrorçuları istifadə edərək müdaxilə edə bilməyəcəklərini bilsinlər. ABŞ təəssüf ki, Suriyada və İraqda terror qruplarını qoruyur. Terror qurumlarını istifadə edərək məqsədinə çatmağa çalışır. Bu məqamda ABŞ-ın Suriya içərisində İŞİD terrorçu qruplarına kömək etdiklərini və İsraildəki sionist rejimin də Suriyadakı rejimə yardım etdiklərini göstərən bir çox həqiqət var. Əl Nusra terror qrupunun da oradan çıxması lazımdır. Türkiyənin narahatlıqlarını anlayırıq”.
Müxalifət.az