Dünyanın gözü orada olacaq - TARİX BƏLLİ OLDU

Baxış sayı:
2404

ABŞ-ın İraqdakı hücumu nəticəsində dünyasını dəyişən İran İnqilab Keşikçiləri Ordusunun Qüds Qüvvələri komandiri Qasim Süleymaninin cənazəsi bazar günü İranın Kirman şəhərində torpağa tapşırılacaq.
Muxalifet.az "Milliyet"ə istinadla xəbər verir ki, bu barədə İranda Mühafizəkarlarla yaxınlığı ilə tanınan "Mashregh.news" saytına Süleymaninin ailəsi yazılı açıqlama verib. 
Ailənin açıqlamasında bildirilib ki, ilk öncə İraqın paytaxtı Bağdadda İran komandirinin dəfndən öncə ilk mərasim baş tutacaq.
Ayrıca qeyd olunub ki, Süleymaninin nəşi Tehrandaki mərasimdən sonra məmləkəti Kirmana aparılacaq.
Xatırladaq ki, cümə günü Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (Haşdi Şabi) komandan müavini Əbu Mehdi əl-Mühəndisi həlak olub.
Muxalifet.az