​DÜNYANIN GÖZÜ İSTANBUL DERBİSİNDƏ: “Qalatasaray” “Fənərbaxça”ya qarşı

Baxış sayı:
4915

Bu gün Türkiyədə İstanbul derbisi baş tutacaq.
Muxalifet.az
xəbər verir ki, Super Liqanın 6-cı turunun ikinci oyun günündə əzəzli rəqiblər - “Qalatasaray” və “Fənərbaxça” qarşılaşacaq. Bakı vaxtı ilə 21:00-da start götürəcək matçı FİFA referisi Cüneyt Çakır idarə edəcək. Oyun “aslanlar”ın meydanında - “Türk Telekom” stadionunda keçiriləcək. 
Maraq üçün bildirək ki, bu komandalarn arasında son görüş “Fənərbaxça”nın dogma meydanında olub və matç 1:1 hesablı bərabərliklə başa çatıb. 
Qeyd edək ki, cari mövsüm çempionatda 5 oyundan sonra “Fənərbaxça” 10 xalla 2-ci, “Qalatasaray” isə 8 xalla 7-ci pillədə qərarlaşıb. “Alanyaspor” isə 13 xalla turnir cədvəlinə liderlik edir.
Onu da əlavə edək ki, hər iki komandanın Azərbaycanda böyük azarkeş kütləsi var. Onlar bu derbi qarşılaşmasını böyük həyəcanla gözləyirlər.