Dünyanın dördüncü varlı adamı ilk dəfə smartfon alıb - STİV COBS ONA "İPONE" SATA BİLMƏMİŞDİ...

Baxış sayı:
5650

Uorren Baffet dünyanın ən zəngin insanlarının sıralamasında yalnız Ceff Bezos, Bill Qyets və Bernar Arnodan geri qalır. Amerikalı iş adamının 87,6 milyard dollar sərvəti var.

Bu qədər var-dövlətə baxmayaraq, Baffet indiyə qədər düyməli telefon işlədirmiş. Dünyanın dördüncü varlı adamı ilk bahalı telefonunu bu günlərdə alıb.

 

Uorren Baffet Uorren Baffet

 

Baffet CNBC telekanalının “Squawk Box” verilişində bu haqda danışıb. O, yeni “iPhone 11” markalı telefonunu göstərib.

Baffetin dediyinə görə, “Apple” şirkətinin yaradıcısı Stiv Cobs ona “iPhone” satmaq üçün çox çalışıb, amma nail olmayıb. Sonradan bu işi onun xələfi Tim Kuk yerinə yetirmək istəyib. Baffet, nəhayət, özü qərar verib. Milyarder smartfona hələ tam öyrəşmədiyini söyləyib./Bizimyol