DÜNYANIN DİQQƏTİ ƏBU-DABİDƏ - Hər kəs Həbiblə Puaryenin döyüşünü gözləyir

Baxış sayı:
13804

Bu gün Əbu-Dabidə UFC-242 axşamı çərçivəsində UFC üzrə dünya çempionu, Rusiyanı təmsil edən Həbib Nurməhəmmədovun çempionluğa namizəd olan amerikalı Dastin Puaryeyə qarşı döyüşü keçiriləcək. 

Muxalifet.az xəbər verir ki, gecədə daha 4 döyüş təşkil olunacaq. Döyüşlər Bakı vaxtı ilə saat 22.00-da başlanacaq. Sözügedən döyüş "CBC Sport" telekanalı vasitəsilə yayımlanacaq. Həbib Nurməhəmmədovla Dastin Puaryenin döyüşü isə ən sonda olacaq. Qeyd edək ki, Həbib indiyədək 27 görüşün hamısını qələbə ilə başa vurub.

Onun rəqibi Dastin Puarye isə 25 döyüşün 5-də məğlub olub. Onu da əlavə edək ki, Həbib rəqibinə qalib gələcəyi halda 6 milyon dollardan çox qonorar alacaq.