​Dünyanın dini liderləri Bakıya toplanacaq

Baxış sayı:
7126

Noyabrın 14-15-də dünya dini liderlərinin Azərbaycanda toplanması nəzərdə tutulur.
Muxalifet.az xəbər verir, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib.
Onun sözlərinə görə, hazırda bunun üçün hazırlıq işləri aparılır: "Azərbaycan təkcə nefti, iqtisadiyyatı ilə deyil, mənəvi həyatda gördüyü işlərlə də liderdir".
Bununla belə, A.Paşazadə tədbir barədə ətraflı məlumat verməyib./ONA.az