Dünyanın danışdığı adam həbs olundu!

Baxış sayı:
5584

Qardaşı Yusra Martini ilə birlikdə 2015-də qayıqlarının batması nəticəsində üzərək qarşı sahilə çatan 23 yaşlı Sarah Mardin, qaçqınların qeyri-qanuni bir şəkildə Yunanıstana getməsinə kömək etməkdə ittiham olunur. Beynəlxalq Təcili Vəziyyət Mərkəzi (ERCI) adlı qaçqınlara kömək dərnəyində könüllü olaraq çalışan Sarah Mardin, haqqındakı ittihamları rədd edir. Mardin tutulmasından sonra “AFP”-ə açıqlama verən vəkili Həris Petsikos, "qaçqınlara yardımın cinayət kimi göstərmək istəyirlər”, - deyib.
 
Sarah Mardin ilə birlikdə həbs olunan İrlandiya vətəndaşı Sean Binderin də ERCI adına könüllü olaraq fəaliyyət göstərdiyi qeyd olunur. Həbs olunan iki nəfərə insan alverindən başqa, dələduzluq, pul yumaq, casusluq və dövlət sirlərini ifşa etmək kimi ittihamların da yönəldildiyi bildirilib. Almaniyanın “Der Spiegel” jurnalı, ölkədə yaşayan Mardiniyə qarşı ittihamların şok edici olduğunu yazıb.
Qeyd edək ki, Dəməşqdəki evlərindən müharibə səbəbilə ayrılan Mardini bacıları, Yunanıstandan sonra 2015-in avqustunda Almaniyaya getmişdi. Mardinin qardaşı Yusra Mardini, 2016-ci ildə Rio Olimpiya Oyunları üçün yaradılan "qaçqın” komanda içində yer almışdı.

Müxalifət.az