Dünyanı şoka salan dəfn mərasimi - Keçmiş prezident bu şəkildə dəfn edildi... - VİDEO

Baxış sayı:
12712

Zimbabvenin keçmiş prezidenti  Robert Muqabenin cəsədinin oğurlanacağından narahat olan ailəsi keçmiş lideri qeyri-adi bir mərasimlə torpağa tapşırıb. 
Robert Muqabenin cənazəsi ailəsi və hökumət arasında təxminən 20 gündür davam edən münaqişədən sonra həftə sonu dəfn edilib. Ailəsinin istəyi ilə Muqabe şənbə günü doğulduğu kənd olan Zvimbada ikinci xanımı Qreys Muqabenin evinin yaxınlığında xüsusi bir mərasimlə torpağa tapşırılıb.
Qeyri-adi şəkildə həyata keçirilən dəfn mərasimi zamanı Muqabenin cənazəsi poladdan hazırlanan tabuta qoyulub və üzəri betonla örtülüb. Muqabenin qardaşı oğlu Leo Muqabe mətbuata verdiyi açıqlamada "İnsanlar onun bədənini əldə etmək istəyir. Buna görə də cəsədə toxunulmaması üçün bu yola əl atdıq" deyib.
Qeyd edək ki, keçmiş lider sentyabrın 6-sı Sinqapurda dünyasını dəyişib.//Moderator