Dünyanı sarsıdan etiraf: Nüvə müharibəsinə hazırlaşırıq

Baxış sayı:
8272

ABŞ Hava Qüvvələrinin komandiri general Goldfein nüvə müharibəsi başladığı təqdirdə əvvəl ABŞ Avropa Qüvvələrinin (EUCOM) komandiri general Wolters ilə ünsiyyətə keçiləcəyi, sonar da ABŞ və NATO qüvvətlərinin "hücum təyyarələri, bombardman təyyarələri, yanacaq doldurma təyyarələri, kəşfiyyat uçaqları ilə siber, kosmos və xüsusi əməliyyatları" ehtiva edən intensiv qarşı hücumu "dərhal" başladacağını söyləyib.
 
Hyten hesabat verəcək
 
Sonra ABŞ torpaqlarına yönəlik qarşı tədbirlərin qarşısını almaq üçün Şimal Amerika Hava-Kosmos komandiri general Terrence O'Shaughnessy ilə əlaqəyə keçməsi lazım olduğunu dilə gətirən Goldfein, quruda yerləşdirilən raketdən müdafiə sistemlərinin raket hücumunu dəf etməyə və yalançı hədəflər arasında gerçək başlıqları təsbit etməyə hazır olacağını qeyd edib. Sonra son mərhələdə, nüvə sualtı gəmilərinin dövrəyə girməsi, "sualtından dağıdıcı zərbənin endirilməsi" planlanır.
Goldfeinin üçüncü həmsöhbəti də ABŞ Strateji Qüvvələrinin (STRATCOM) komandiri general John Hyten olacaq. Hytenin düşmənin "dayandırılması" üçün hansı nüvə hücumuna ehtiyac olduğunu hesabat etməsi lazımdır.
“Defense Mave”-nin qeyd etdiyinə görə Goldfein "Bu missiyaların hər birisi ‘qüsursuz' və hamısının eyni anda dövrəyə buraxılması lazımdır" deyib.
Müxalifət.az