Dünyanı nə gözləyir? ABŞ-ın ölüm hökmü - Neftyuan ... - Təhlil

Baxış sayı:
1084

Bu həftənin əvvəlində Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinping Rusiyadan Çinə təbii qazı Sibirdən nəql edəcək qaz kəmərini işə saldılar. İki ölkə arasında enerji sferasında əməkdaşlıq gündəmdə olan bir sıra digər mövzuları gündəmə gətirir.
Çin yuanı çoxdan dolların dünya ehtiyat valyutası statusuna iddia edir. Tədricən güclənən Çin bir zamanlar yalnız investisiya alan bir ölkə idi və indi qlobal güc olmağa iddia edərək müxtəlif layihələrə investisiya qoyur. Çinin böyüyən iştahı özünü daha çox biruzə verir, bu yolda əsas rəqibi ABŞ-dır.
ABŞ-ın dünya şahmat lövhəsindəki ən güclü silahı, dolların dünya ehtiyat valyutası statusu və ABŞ-ın dolları heç bir şeylə qarantiya etmədən çap edə bilməsidir. Tükənməz maliyyə mənbələri bu ölkəyə böyük iqtisadi və siyasi çeviklik verir.
ABŞ dollar sayəsində bir çox üstünlükləri var. Onlardan ikisi vəziyyəti mükəmməl şəkildə ortaya qoyur: dollara tələbin artması və onu çap edən ölkədən asılılığın artması. Bundan əlavə, ABŞ istənilən vaxt dolları çap etmək və istənilən miqdarda neft - enerji resurları almaq imkanına malikdir.
Buna görə də hansı oyunun getdiyini çox yaxşı bilən ABŞ-ın qlobal rəqibləri olan Rusiya və Çin bir-birləri ilə hesablaşmalarda dollardan istifadəni tədricən azaltmaq və milli valyutalarına keçmək prinsipini əsas götürdülər. 2018-ci ildə iki ölkənin liderləri bunu rəsmi olaraq elan etdilər. İrəliyə döğru daha bir addım ataraq, Çin “Union Pay”sistemini Rusiyada və Rusiyanın “Mir” sistemini Çində tətbiq etməyə razı oldular.
Çin bununla da dayanmadı. Elə 2018-ci ldə, Şanxay Enerji Birjasında yuanla neft fyuçersləri ticarətinə başladı. Neft ticarətinin qızıl və yuanla satışına başlaması çox vacib bir dönüş nöqtəsi idi.
Çin dünyanın ən böyük neft idxalçısıdır. Belə iri ölkə neft ticarətində dollardan imtina edərsə, bu Amerika valyutası üçün ciddi təhlükə yaradır.

Dolların fiaskosundan danışmaq hələ tezdir. Dollar hələ ki, Rusiya da daxil olmaqla dövlətlər arasında ticarətdə ən çox istifadə olunan dünyanın ehtiyat valyutasıdır. Ancaq gördüyünüz kimi, dollar açıq şəkildə hədəfə alınıb.

Əlbəttə, ABŞ buna qarşı qəti şəkildə müqavimət göstərəcək. Mövcud "neftdollar dünyasının neftyuan dünyasına çevrilməsi" ABŞ-ın qlobal hegemonluğunun “ölüm hökmü” olacaq. Bu ölkənin nəzarət oluna bilməyən daxili və xarici borclarına diqqət yetirmək kifayətdir. Amerika bunun nəticəsində nəinki qlobal hökmranlığını, ölkə daxilindəki sülhü, və hətta ərazi bütövlüyünü də itirə bilər.
Fikrimizcə, Avropadakı və İngiltərədəki vəziyyət də bu tənliyin digər bir hissəsi olacaq. Avropa, xüsusən də Almaniya, "Şimal axını" layihəsi səbəbilə Rusiya ilə ticarət əlaqələrini, həmçinin Rusiya ilə güclü enerji əlaqələrini inkişaf etdirib. Bununla yanaşı, NATO-nun, yəni ABŞ-ın himayəsi altında Rusiya hərbi müdaxiləsindən də qorunur.
Türkiyə kimi Avropanın da ABŞ və Rusiya-Çin bloku arasında tarazlıq siyasəti aparacağını gözləyirik. Hərbi-siyasi baxımdan Qərb bloku bütövlüyünü qoruyacaq. Lakin ticarət və enerji münasibətlərində ABŞ-ın Avropa və Türkiyədə tək başına hakim olması, bu oyunçuları Vaşinqtonun istədiyi hər şeyə məcbur etmək asan olmayacaq. Buna xüsusilə, Avropa ölkələrinin İran sanksiyaları məsələsində ABŞ-la münasibətləri pozması və İranla ticarəti davam etdirməyə qərar verməsi, Türkiyənin isə təhdidlərə baxmayaraq S-400-ni Rusiyadan alması dəlalət edir.
Bugünkü mənzərə budur. "Bir Kəmər - Bir Yol başqa sözlə Yeni İpək Yolu" Çin layihəsi oyuna girəndə tamamilə fərqli şeylər haqqında danışacağıq.
Hazırladı: Şükürova Ülviyyə
Muxalifet.az