​Dünyanı məhv edəcək 2018 savaşı: TRAMP BUNA GETSƏ…

Baxış sayı:
675

ABŞ-la Çin arasında ticarət sahəsində savaş yaşana bilər.
Muxalifət.az xəbər verir ki, bu iddia ilə ABŞ-ın “Vol Strit Jurnal” qəzeti çıxış edib. Qəzet ABŞ-ın Çinin ixracatlarına qarşı özəl məhdudiyyətlər hazırladığını bildirib:
“Bu, “Titanların savaşı” ola bilər. Əgər savaş gerçəkləşsə, o zaman bu, 1980-ci illərdə Yaponiya televiziya və maşınlarına qarşı başlayan savaşa bənzəyə bilər. Ancaq bu dəfə tərəflərin gücləri balanslıdır. ABŞ indiyə qədər heç vaxt Çin kimi iqtisadi böyüklüyü, industrial bacarıqları və qlobal maraqları olan ölkə ilə qarşı-qarşıya gəlməyib. Əgər Yaponiya ABŞ-ın müttəfiqiydisə, Çin indi daha çox rəqib statusuna sahib olur. Bu isə qisasa-qisas savaşının yaranmasına gətirib çıxara bilər”.
“Vol Strit Jurnal”ın iddiasına görə, dünya bu savaşa hazır deyil:
“Şimali Koreya böhranı ilə bərabər, Çinlə ABŞ arasındakı ticarət savaşı 2018-ci ildə dünya iqtisadiyyatını məhv edə bilər. Bu ticarət savaşı təkcə müharibə aparan tərəfləri yox, digər ölkələrə də təsir edəcək. ABŞ-ın müttəfiqləri ilk zərərçəkənlər olacaqlar. Əgər savaş böyüsə, dünya birjalarındakı vəziyyət fəlakət səviyyəsinə çatacaq. Bu, əslində Trampın əsas hədəflərindən biri ola bilər. Çünki Tramp Çinin 2001-ci ildə Ümumdünya Ticarət Təşkilatına üzvlüyünün ABŞ-ın ən böyük səhvi olduğunu düşünür”.