Dünyanı bəlaya salan şəhərdə şok qərar - FOTO/VİDEO

Baxış sayı:
898

Yeni il öncəsi bütün dünyada koronavirusla bağlı məhdudiyyətlər sərtləşdirildiyi halda, pandemiyanın beşiyi olan Uhan şəhərində sakinlərdən hətta maska taxmaq məcburiyyəti götürülüb.

Bu barədə 360 TV xəbər yayıb.

Məlumata görə, buna baxmayaraq, sakinlərin əksəriyyəti fərdi qoruyucu vasitədən istifadəyə davam edirlər.

 

Qeyd edək ki, Uhan COVID-19 virusunun ilk aşkar olunduğu şəhərdir. O, bir neçə ay müddətinə tamamilə təcrid olundu: bütün müəssisələr bağlandı, insanlar evlərində “həbs olundu”.

İndi isə şəhər normal həyatına qayıdıb. Məktəblər və universitetlər açılıb, mağazalar adi rejimdə işləyir, insanlar isə evdən çıxa, bazara gedə, gecə həyatından həzz ala və kütləvi tədbirlərə qatıla bilirlər.