Dünyada nə qədər əhali var? – BMT açıqladı

Baxış sayı:
5638

BMT-dən edilən açıqlamaya görə, 2050-ci ildə dünya əhalisi 9.7 milyarda çatacaq. BMT bundan başqa, bu gün 7.7 milyard olan dünya əhalisinin gedərək daha çox qocaldığını ifadə edib.
 
BMT-nin İqtisadi və İctimai Mövzular Əhali Qurumu tərəfindən açıqlanan hesabata görə, dünya əhalisi bu əsrin sonunda 11 milyard civarında olacaq.
Təxminlərə görə, bu gündən 2050-ci ilə qədər olan əhali artımında xüsusilə 9 ölkənin təsirli olması gözlənilir. Bu ölkələrin Hindistan, Nigeriya, Pakistan, Kongo, Efiopiya, Tanzaniya, İndoneziya, Misir və Amerika olduqları ifadə edilir.
Afrika ölkələrində 2050-ci ilə qədər əhalinin iki qatına çıxacağı təxmin edilir.
Müxalifət.az