Dünyada ən çox uşağa sahib olan qadını əri tərk edib – FOTOLAR

Baxış sayı:
410

Uqandada yaşayan Mariam Nabatanzi 36 yaşında 44-cü dəfə ana olub. Hazırda 4 üçüz, 6 əkiz uşaqlara sahib olan qadın hələ 12 yaşında olarkən ailə həyatı qurub. Beləliklə, Mariam hələlik dünyada ən çox uşaq sahibi olan ana kimi rekord qazanıb. 

13 yaşında olarkən ilk əkiz qızlarını dünyaya gətirən qadın doğuşun ardından həkimə müraciət edib və məlum olub ki, onun yumurtalıqları normadan dəfələrlə böyükdür. Həkim bildirib ki, hamiləlilyə qarşı üsullardan istifadə etmək onun sağlamlığına ziyan vura bilər və bu səbəbdən o üsullara müraciət etməməlidir. 

Mariam 23 yaşında artıq 25-ci uşağına sahib olub. Həmin vaxt yenidən hamiləliyə qarşı üsullardan istifadə etmək üçün həkimə müraciət edib. Lakin bu dəfə də həkimlər bu fikirdən daşınmağı və doğuşa davam etməyi tövsiyə ediblər. 

Beləliklə 2,5 il bundan əvvəl yenidən hamilə qalan qadınının 6-cı əkizlərindən biri dünyasını dəyişib. Buna görə sıxıntılı günlər yaşayan Mariam daha bir zərbə alır, əri onu tərk edir. 

Buna baxmayaraq Mariam bütün həyatını uşaqlarına həsr edir, gözəllik salonlarında çalışır, alternativ tibb preparatları satır, kağız toplayaraq pul qazanır. 

Mariamın böyük oğlu İvan da anasına köməklik etmək üçün məktəbi ataraq, işə başlayıb. Bu arada qeyd edək ki, qadının ata-anası da onu tərk edib. 

44 uşağı olan qadın fədakarlıqla hər cür işdə çalışaraq uşaqlarına baxmağa çalışsa da, qida ehtiyaclarını ödəmək üçün yenə də böyük sıxıntılar yaşayır. 

Araşdırmalara görə, Uqandada hər ailəyə orta hesabla 5-6 uşaq düşür. Ailə başına düşən uşaqların sayının çox olduğu Uqandada Mariamın sahib olduğu uşaqların sayı normadan dəfələrlə çoxdur./musavat.com