Dünyada koronavirusa yoluxanların sayı 1,1 milyon nəfəri keçib - ÖLƏNLƏRİN SAYI 60 MİN NƏFƏRƏ ÇATIR

Baxış sayı:
2905

Dünyada koronavirusa yoluxanların sayı 1,1 milyon nəfəri ötüb.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.
Bildirilib ki, dünyada xəstəliyə 1 100 283 nəfər yoluxub, 58 929 nəfər ölüb.
Koronavirusdan sağalanların sayı isə 226 669 nəfərdir.