​Dünyada ikinci ən böyük sədd Azərbaycandadır - Foto

Baxış sayı:
13507

Azərbaycanın tarixi abidəsi olan Çıraqqala yaxın vaxtlarda təmir ediləcək. Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, IV-VI əsrlərdə Sasani hökmdarları tərəfində müdafiə məqsədilə tikilən qala uzun illərdir təbii fəlakətlər nəticəsində dağılmağa məruz qalıb. Çıraqqala, mərkəzi qala da daxil olmaqla, 17 bürcdən ibarət düzbucaqlı formasındadır. Hazırda bu bürclərdən dördü salamat qalıb. Baş qüllə hündürlüyü 120 metr olan sıldırım qaya üzərində ucalır. Böyük İpək yolunun qorunması məqsədi daşıyan Gilgilçay müdafiə səddinin ən yüksək nöqtəsi olan Çıraqqala dünya əhəmiyyətli tarix və mədəniyyət abidələri sırasındadır. Yaxın günlərdə ərazidə təmir işlərinə başlanılması planlaşdırılır.