Dünyada həşəratlar yox olur: Böyük fəlakət olacaq

Baxış sayı:
4735

Həşəratların yox olması dünya miqyaslı fenomen bir hadisədir. Əgər bunu durdurmaq mümkün olmasa, nəticələr sadəcə fəlakət olacaq.
Muxalifet.az xəbər verir ki, İsveçrə mediasında yayımlanan yazıda avstraliyalı ekoloq, Sidney universitetinin professoru Fransisko Sançez-Bayonun rəhbərliyi altındakı alimlər qrupunun həşəratların sayının öyrənilməsinə həsr olunan 73 müxtəlif təhqiqatı incələyərək olduqca qorxulu nəticəyə gəldikləri göstərilib.
Onların rəyinə görə, hazırda həşəratların bütün növlərinin sayında azalma baş verir. Özü də bu proses elə sürətlə gedir ki, ildə onların biokütləsi 2,5% azalır. Əgər proses bu templə davam etsə, 100 ildən sonra Yer üzündə bir dənə həşarat qalmayacaq.
Ekspertlərin fikrincə, xüsusilə pulcuqlu qanadlılar və ya kəpənəklərin, habelə peyin böcəklərinin, o cümlədən, arı, eşşək arısı kimi zərqanadlıların və qarışqaların sayı kəskin şəkildə minimal səviyyəyə enir.
Mütəxəssilərin rəyinə əsasən, həşəratlaırn qlobal şəkildə məhv olmasının əsas səbəbi ətraf mühit, xüsusilə kənd təsərrüfatı sahəsində intensivliyin artması (burada bitkilərə verilən zəhərlərin də rolu az deyil), şəhərsalma və yol tikintisinin aparılmasıdır.
Sənayedə və kənd təsərrüftatında istifadə olunan maddələr, məsələn, neonikotinlər həşəratların sinir sisteminə öldürücü təsir göstərir, bunun sayəsində isə təkcə ziyanvericilər deyil, başqa həşəratlar da ölürlər.
Bundan başqa, “varroa” tipli gənə-parazitlərin bal arılarının yuvalarına “dadanması” onların kütləvi surətdə məhvinə gətirib çıxarıb.
Alimlər 4-cü səbəb kimi iqlim dəyişikliyini göstərir.Havalaırn istiləşməsi onsuz da hərarətli və tropik bölləgələrdə güc-bəla ilə yaşayan həşəratlara ciddi ziyan vurur.