Dünyada 800 milyon insan aclıqdan, 1.5 milyard insan isə köklükdən əziyyət çəkir – qorxunc statistika

Baxış sayı:
6823

BMT gələn il dünyada 130 milyondan çox insanın yardıma möhtac olacağını təxmin edir. BMT Təxirəsalınmaz Yardım koordinatoru Mark Loukokun Çenevrədə açıqladığı sənəddə dünyada hər 70 insandan birinin müharibə, təbiət fəlakəti və ya təbii fəlakətlər krizi ilə qarşı-qarşıya qaldığı qeyd edilib.

2018-ci ildə dünyada insani yardıma ehtiyacı olan insanların sayının təxminən 135 milyon olmasını gözləyən BMT 2019-cu ildə bu rəqəmin 132 milyon olacağını təxmin edir. Loukok xüsusən də silahlı çatışmaların yaşandığı Cənubi Sudan, Yəmən, Suriya və Əfqanıstan kimi bölgələrdə insanların aclıq və yoxsulluqla qarşı-qarşıya olduğuna diqqət çəkib. O, bir çox bölgədə müharibə və çatışmaların illərlə davam etdiyini və bu səbəbdən də zərərçəkənlərin yaşadığı sıxıntıların müddətini uzatdığını dilə gətiriB.

Loukok BMT və ona bağlı qurumların yardıma möhtac 132 milyon nəfərdən ən zəif durumda olan təxminən 94 milyonun sığınma, qidalanma, tibbi yardım, əsas təhsil və şiddətə qarşı qoruma kimi əsas ehtiyaclarını qarşılaya bildiyini, əllərindəki büdcənin daha çoxuna imkan vermədiyini ifadə edib. Lokok geridə qalan 38 milyon nəfərin isə hökumətlərin və digər yardım qurumlarının dəstəyi ilə ehtiyaclarını qarşılandığını söyləyib.

Yardım üçün 25 milyard dollar lazımdır

BMT 2019-cu ildə yardıma möhtac olanların ehtiyaclarının qarşılana biməsi üçün təxminən 25 milyard dollara ehtiyac olduğunu təxmin edir. Təkcə Suriyada humanitar yardım üçün 3 milyard dollara ehtiyac olduğu qeyd edilir.

BMT İnsani İşlər Koordinasiya Ofisinin (OCHA) statistikasına görə, 2018-ci ildə 24 milyard 900 milyon dollar yardım çağırışı edən BMT noyabr ayının ortasına qədər bu vəsaitin, sadəcə, 13 milyard 900 milyonunu təmin edə bildi. Bu pulun aralarında Yəmən, Suriya, Nigeriya, Cənubi Sudan və Əfqanıstanın da olduğu 41 ölkədə yardıma möhtac insanlar üçün xərcləndiyi qeyd edildi. OCHA-nın rəqəmlərinə görə, dünyada yoxsul insanların sayı son illərdə azaldı. Belə ki, 2008-ci ildə yoxsul insanların sayının 1 milyard 200 milyon olduğu təxmin edilirdi. Amma 2015-ci ildə bu rəqəm təxminən 750 min olaraq qeyd edilib.

Ä°lgili resim

Ancaq OCHA, günümüzdə zorakılıq və çatışmaların yol açdığı krizlərin daha geniş yayıldığını və daha uzun müddət davam etdiyinə diqqət çəkib. Keçən ilin sonunda dünyada zorakılıq, müharibə və çatışmalardan qaçanların sayı 68,5 milyon olduğu təxmin edilir. Bu sayın heç vaxt bu qədər yüksək olmadığı və 2014-cü ildəki saydan da 10 milyon artıq olduğu vurğulanıbi.

Hər hesabatda fərqli nəticə...

“Qlobal Humanitar Yardım Hesabatı 2018" məlumatlarına görə, dünyada 2 milyard insan yoxsulluq, 753 milyon nəfər də həddən artıq yoxsulluq içində həyatını davam etdirməyə çalışır.

19 Avqust - Dünya Humanitar Yardım günündə qıtlıq, quraqlıq, münaqişələr və təbii fəlakətlər kimi səbəblərlə yardıma möhtac insanların vəziyyəti bir daha gündəmə gəlib. Verilən məlumatlara görə, ötən il dünyadakı münaqişələr və fəlakətlər səbəbi ilə həyatda qalmaq üçün son çarə olaraq beynəlxalq yardıma möhtac vəziyyətə düşənlərin sayı 201 milyonu keçib.

Suriya, Yəmən və Cənubi Sudanda davam edən qarşıdurmalar, milyonlarla insanın əzab çəkməsi və yerindən edilməsinə səbəb olarkən, Karib Hövzəsində təbii fəlakətlər ilə Afrika Buynuzundakı quraqlıq və ərzaq çatışmazlığı çox sayda insan həyatına son dərəcə mənfi təsir göstərib. Ötən il həmçinin Rohinciya əhalisinin Myanmardan kütləvi olaraq yerlərindən edilməsini zəruri edən şiddət və zülm də müşahidə olunub.

yardımlaşmak açlık ile ilgili görsel sonucu

Yəmən, Suriya və Konqo Demokratik Respublikasının da daxil olduğu bir çox ölkədə davam edən zorakılıq və iğtişaşlarla yanaşı, Nigeriya kimi digər ölkələrdə baş verən yeni epidemiyalar, humanitar yardıma olan ehtiyacı artırmışdır. Bir çox böhran, münaqişələrlə yanaşı, təbii fəlakət və məcburi köçlərlə nəticələnən fəlakətlərin bir araya gəlməsi mürəkkəb hal alıb.

Dünyada hər il keçirilən humanitar yardımların xəritəsini çıxaran İngiltərə mərkəzli İnkişaf Təşəbbüsləri Təşkilatının “Qlobal Humanitar Yardım Hesabatı 2018" məlumatlarına görə, dünya üzrə 134 ölkədə 201 milyondan çox insanın beynəlxalq humanitar yardıma möhtac olduğu ehtimal edilir.

Yəmən, Suriya, Efiopiya, İraq, Nigeriya, Konqo Demokratik Respublikası, Cənubi Sudan, Əfqanıstan, Somali, Keniya, Haiti, Malawi, Kolumbiya, Sudan, Çad, Zimbabve, Maliyyə, Ukrayna, Kamerun, Livan, Pakistan, Burundi, İordaniya, Orta Afrika Respublikası, Uqanda, Nigeriya, Fələstin, Mozambik, Madaqaskar, Liviya, Anqola, Banqladeş, Şri-lanka, Nepal və Myanma ötən il ən çox humanitar yardıma möhtac insanların yaşadığı ölkələr olaraq sadalanarkən, bu adamların 23 faizi təkcə Suriya, Yəmən və 3,5 milyon Suriyalını qonaq etməsi səbəbilə Türkiyədə yerləşir.

Sözügedən ölkələrin 21-də ötən il böhranlar davam etdi və bu vəziyyət çox sayda insanın beynəlxalq humanitar yardıma möhtac hala gəlməsinə səbəb olub. Bu ölkələrin 29-u eyni anda birdən çox böhranla qarşı-qarşıya qalıb. Həmin ölkələrdən Efiopiya, Niger, Pakistan, Somali, Cənubi Sudan və Sudan eyni anda üç böhran yaşayıb.

Əhalinin 2 milyardı gündə 3,2 dollardan daha az gəlirlə yaşamağa çalışan və böhran riski qarşısında qalan yoxsullardan ibarətdir. Bu insanların 47 faizi kövrək, və ekaloji cəhətdən müdafiəsiz ölkələrdə yaşayır.

Ä°lgili resim

Ən çox aclıq çəkənlər Afrikada imiş

Yer üzündə bir çox insan aclıq və bununla bağlı digər səbəblər ucbatından həyatlarını itirir. Dünyada hər beş saniyədə bir uşaq acından ölür. Aclıq çəkən insanların sayı təxminən 1 milyarda yaxındır. Bunların böyük əksəriyyəti Afrikada yaşayır. Ancaq dünyanın başqa yerlərində, məsələn, Çində, Hindistanda əvvəlki kimi olmasa da, hələ də aclıq çəkən insanlar var. Avropada da yardıma ehtiyac duyan bir ölkənin, yəni Moldovanın olması da nəzərəçarpandır.

Bu vəziyyət başda Afrika olmaq üzrə, bir çox ölkələrdə kütləvi aksiyalara və böyük etirazlara səbəb olur. Mütəxəssislər bu üsyanların yayılması nəticəsində 30-dan çox ölkədə qeyri-sabitlik yaranacağını düşünürlər.

Yer üzündəki qida mənbələri bütün dünya əhalisinin ehtiyaclarını tam ödəyəcək miqdardadır. Bəs bu qədər insan niyə aclıqdan əziyyət çəkir?

Sualı cavablandırmamışdan əvvəl onu bildirək ki, aclıq, əslində, resurs qıtlığından deyil, bölgü problemindən qaynaqlanır. İldə təxminən 40 milyard dollar aclıq çəkən insanların əsas ehtiyaclarını ödəmək üçün kifayət edər. Bu isə dünyanın ən zəngin 225 insanının ümumi maddi imkanının yalnız 4%-nə bərabərdir. Yəni dünyadakı zəngin insanlar vicdanlı, mərhəmətli, şəfqətli, ədalətli rəftar etsələr, dünyada aclıq adlı bir problem qalmaz.

Bəs aclıq problemini doğuran texniki səbəblər hansılardır? Bu səbəblər necə aradan qaldırıla bilər?

Cavabı vermək üçün Zimbabvenin yaxın tarixinə nəzər salmaq kifayətdir. Bir zamanlar ərzaq ixrac edən ölkələr arasında yer tutan Zimbabve indi isə ərzaq yardımına möhtac olan ölkədir. Zimbabve yanlış idarəçilik nəticəsində ölkədə nələr baş verdiyini göstərən ölkədir. Diktator rejimi ilə idarə olunan, ölkə sərvətlərini düzgün istifadə edilməyən, hətta təbii sərvətlərindən sui-istifadə edilən bir çox ölkədə aclıq problemi yaşanır. Hindistan və Çin doğru siyasət nəticəsində aclıq probleminin öhdəsindən gələn iki mühüm dövlətdir. Çin və Hindistanda aclıq çəkən insanların sayı son illərdə əhəmiyyətli dərəcədə azalıb.

Aclıqla mübarizədə uzunmüddətli həll üçün atılacaq ən əhəmiyyətli addım, düşünüldüyü kimi, ərzaq yardımı deyil. Çıxış yolu aclıq çəkən regionlarda biznes imkanlarının artırılması və beləliklə, insanların alıcılıq qabiliyyətinin gücləndirilməsidir. Aclıq probleminin yaşandığı ölkələrin hökumətlərinə böyük məsuliyyət düşür. Bu bölgələrdə Çin və Hindistandakı kimi özəl sektor gücləndirilməli, dövlətin iqtisadiyyata müdaxiləsi məhdudlaşdırılmalı, xüsusilə də, korrupsiyaya qarşı güclü mübarizə aparılmalıdır.

yardımlaşmak açlık ile ilgili görsel sonucu

Aclıqla mübarizədə inkişaf etmiş ölkələrin də rolu, şübhəsiz ki, böyük ola bilər. Onlar da kasıb ölkələrdəki məhsulların bazarlarına çıxarılmasına imkan verməlidirlər. Aclıq çəkən yoxsul ölkələrlə ticarət edərkən gömrükləri, vergiləri və xərcləri azaltmalı və bu yolla onlara şərait yaratmalıdırlar. Beləliklə, sözügedən ölkələrdə tələbat artacaq və daha çox ərzaq istehsal olunacaq.

İnkişaf etmiş ölkələrin yoxsul ölkələrdəki kənd təsərrüfatına birbaşa yardımlarını artırması da başqa çıxış yoludur. Ancaq bu cür yardımlar artmaq əvəzinə getdikcə azalır. 25 il əvvəl inkişaf etməkdə olan ölkələrə edilən aqrar yardım 17% ikən, bu nisbət bu gün yüzdə 3,7%-ə qədər azalmışdır.

800 milyon insan acdır, 1.5 milyard insan isə şişmanlıqdan əziyyət çəkir

İl ərzində istehsal olunan qida 4,5 milyard tondur, bu isə o deməkdir ki, bu qida ilə hər il 10 milyard insan qidalana bilər. Son otuz ildə adambaşına istehsal olunan ərzaq miqdarı isə 20% artıb. Bəs nəyə görə dünya əhalisinin 12%-i aclıq həddindən də aşağı yaşayır?

BMT-nin Dünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına əsasən dünyada 800 milyon insan ac yaşadığı halda 1.5 milyard insan ifrat şişmanlıqdan əziyyət çəkir. Aclığın və yoxsulluğun ilk səbəbi sərvətlərin ədalətli bölüşdürülməməsidir. OXFAM təşkilatının 2014-cü ildə nəşr olunan hesabatında dünyanın bütün sərvəti 250 trilyon dollar olaraq verilib. Bu məbləğin yarısına, yəni 125 trilyonuna dünya əhalisinin yalnız 1%-i sahibdir. Yerdə qalan 125 trilyon isə əhalinin 99%-i arasında bölüşdürülüb. FORBES jurnalının siyahısındakı 1200 milyarderin ümumi sərvəti 4,5 trilyon ABŞ dollardır. Siyahının əvvəlində yer alan 62 nəfərin sahib olduğu sərvət isə dünyadakı 3,5 milyard insanın qazancına bərabərdir. Aclığın ikinci səbəbi isə israfdır. Hər il ümumi ərzaq istehsalının üçdə biri zibilliyə atılır. Bu israfın 70%-i inkişaf etmiş ölkələrin payına düşür. ABŞ-da hər il istehsal edilən qidaların 40%-i, Avropada isə 100 milyon ton yemək istehlak edilmir, Afrikada bu rəqəm 9 kq-dır. ABŞ təkbaşına hər gün 141 trilyon kalori dəyərindəki ərzağı zibiliyə atır. Bu qidanın illik dəyəri 155 milyard dollara bərabərdir, yəni Afrika qitəsinin illik idxalının 4 misli qədər yemək təkcə Amerika xalqı tərəfindən israf edilir.

Aclıqla yanaşı evsizlik də günümüzün ən böyük probləmlərindən biridir.

Gündəmdə evsizlikdən əziyyət çəkən insanlarla bağlı xəbərlərə çox yer verilmir. Halbuki dünyada 100 milyondan çox insan evsiz, 1,6 milyard insan isə ağır şərtlərlə sığınacaqlarda yaşayır. Dünyanın ən çox evsizlər olan ölkərinin siyahısında həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələr var. ABŞ (Los- Anceles, Nyu-York), Rusiya, Hindistan, Macarıstan, Meksikada 10 minlərlə insan evsizlik problemi yaşayır. Nyu-Yorkda 60 min insan evsizdir və bunların 22 mini uşaqlardır. Digər tərəfdə isə 18 milyon boş ev banklarda istifadə edilmədən saxlanır.