​Dünyaca məşhur əsər Azərbaycan səhnəsində

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 136-cı mövsümünü 26 oktyabr 2017-ci il tarixində, saat 19:00-da “YARAT” Müasir İncəsənət Mərkəznin səhnəsində əfqan yazıçısı Xalid Hüseyninin dünyaca məşhur romanı əsasında səhnələşdirilən “Min möhtəşəm günəş” ikihissəli dramı ilə açacaq.
Bu barədə teatrın mətbuat xidməti məlumat verib.
Səhnələşdirmə, quruluşçu rejissor Elvin Mirzəyev, quruluçşu rəssam Məhsəti Eldarova, bəstəkar Əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir.
Rolları ifa edirlər: Nigar Həsənzadə, Vaqif Kərimov (Əməkdar artist), Səmayə Nəbiyeva, Şəbnəm Cəbrayılova, Rəşid Səməndər, Əmrulla Nurullayev, Niyaməddin Səfərəliyev, Natiq Həziyev, Ceyhun Əliyev, Sevinc Hüseynova, Rövşən Cəfərov və başqaları.