Dünyaca məşhur 140 sənətçidən çağırış: Evrovision müsabiqəsi İsraildə keçirilməsin!

Baxış sayı:
5746

Keçən il may ayı, Portuqaliyanın Lissabon şəhərində keçirilən 63-ci Eurovision mahnı yarışmasında İsraili təmsil edən Netta Barzilay qalib gəldi. Beləliklə, növbəti il yarışmasını İsrailə daşıdı. Ancaq İsrailin ev sahibliyinə etirazlar var. İngilis “The Guardian” qəzetində dünyaca məşhur 140 sənətçinin məktubu dərc olunub. Məktubda, "Bizlər Fələstinli sənətçilərin İsrailin ev sahibliyində keçiriləcək 2019 Eurovision mahnı yarışmasını boykot çağırışını dəstəkləyirik. Fələstinlilər, azadlıq, ədalət və bərabər hüquqlara nail olana qədər onları təməl hüquqlarından məhrum edən dövlət ilə işlər əvvəlki kimi aparılmamalıdır" deyilib.
 
İNSAN HÜQUQLARININ DAHA YAXŞI QORUNDUĞU BİR ÖLKƏDƏ KEÇİRİLMƏLİDİR
 
Məktuba imza atanlar, Avropa Yayım Birliyinin, müsabiqənin Qüdsdən başqa bir İsrail şəhərində keçirilməsi çağırışını da qeyri-məqbul qiymətləndirib. İsrailin ev sahibliyinin ləğv edilməsini istəyiblər. "Müsabiqə insan hüquqlarının daha yaxşı qorunduğu başqa bir ölkədə keçirilməlidir". deyiblər. Məktuba imza atan sənətçilər arasında musiqiçi Rocer Waters, rejissor Ken Loach, Yazar Yann Martellə yanaşı, 6 İsrailli şəxs də var.
Qeyd edək ki, ötən ildən bu yana, İsrail ordusunun açdığı atəşdə çox sayda Fələstinli mülki vətəndaş həyatını itirib.
Müxalifət.az