Dünya zənginlərinin üzən sarayları ilk dəfə havadan belə görüntüləndi... - MONAKODA YAXTA-ŞOU / FOTO

Baxış sayı:
7642

Dünya zənginlərinin ənənəvi payız əyləncəsi-Monakoda hər il təşkil olunan yaxta şousu başlayıb.

Virtualaz.org xəbər verir ki, “The Sun” tabloidi şouda iştirak etmək üçün Monakonun Port-Herkules limanına cəmləşən dəbdəbəli yaxtaların, dünyanın müxtəlif ölkələrindən olan oliqarxların və iri biznesmenlərin üzən saraylarını havadan dronla görüntüləyib. Nəticədə ortaya bu cür möhtəşəm mənzərə çıxıb.

Bildirilir ki, şouda iştirak etmək üçün limana 100-dən çox yaxta yan alıb. Onların ümumi dəyəri 5 milyard dollara yaxındır. Limanda hər zövqdə və hər ölçüdə yaxta görmək olar. Onların arasında kino ulduzu Leonardo Di Kaprionun, Ringo Starın, “Formula 1” pilotu Lyus Hamiltonun, rusiyalı milyarder Andrey Melniçenkonun və digərlərinin yaxtası var.