“Dünya Yəhudi Konqresi bir şantajçılar dəstəsidir” – POLŞALI JURNALİST

Baxış sayı:
4972

Polşalı jurnalist Rəfə Ziemkiewicz, Mirelle Kanolun kasıb ölməsinin səbəbi Dünya Yəhudi Konqresi olduğunu deyib. Ziemkiewicz, "Mirelle Kanol kasıbdı, çünki Dünya Yəhudi Konqresi adlanan bu beynəlxalq şantajçıların Yəhudi dəstəsinin Holokost qurbanları üçün təzminat pərdəsi altında zorla alınan yüz milyonlarla dollardan heç bir maddi yardım almamışdı" deyə, bildirib.
 
Polşalı Jurnalist Rəfə Ziemkiewicz, Holokosttan xilas olanlar arasında olan 85 yaşlı Fransız Mirelle Kanolun yaxınlarda Parisdəki mənzilində öldürülməsindən sonra bu paylaşmanı edib.
Ziemkiewicz həmçinin "Konqresin ona Polşanın yenidən özəlləşdirilməsindən milyonların sözünü verdiyini yəqin ki, Polşaya qarşı böyük bir böhtan kampaniyasının da arxasında olduğunu" sözlərinə əlavə edib.
 
DAHA ƏVVƏL DƏ HÜCUM ETMİŞDİ
 
Rəfə Ziemkiewicz daha əvvəl də Yəhudilər haqqında mübahisəli ifadələr işlədən şəxs kimi tanınr. Yanvar ayında, "İllər boyu öz insanımızı İsraili dəstəkləməyə razı saldım. Bu gün, bir neçə alçaq və ya tamahkar insana görə, özümü axmaq kimi hiss edirəm" demişdi.
Özünə "alçaq" ifadəsinin "iyrənc" olduğunu söyləyən bir twit atılanda isə cavab olaraq, "Haqlısan David (twiti atan), şablon Yəhudilərə bağlanan bütün pis xüsusiyyətlərlə bağlı çirkin bir sözdür, məhz buna görə, onu etdim" demişdi.
Polşalı jurnalistin açıqlaması dərhal İsrail mediası və onların uzantılarında geniş şəkildə təpkiyə səbəb olub.
Müxalifət.az