Dünya üçün önəmli yenilik: protez əllərə Wi-Fi qoşuldu

Baxış sayı:
6212

Rusiyanın İrkutsk və Anqar vilayətlərində dünyada ilk dəfə olaraq üç nəfərə Wi-Fi ilə idarə olunan protez əl taxılıb. Bu protez əllərdə yerləşən

İnternetə qoşulan xüsusi Wi-Fi çipi sayəsində reabilitasiya dövrü haqqında müxtəlif məlumatlar əldə etmək mümkün olur. Bundan başqa, Wi-Fi əlaqəsi vasitəsilə həkimlərlə ünsiyyət yaratmaq da bu protez əllərin ən böyük üstün cəhətlərindəndir. 

Rusiya Sosial Sığorta Fondundan verilən məlumata görə, İrkutsk və Anqar vilayətlərində əlil olan 3 nəfər bu yeni protezlərlə təmin edilib. Açıqlamada bildirilir ki, həmin 3 nəfərə əlavə mobil telefonlar da verilib və bu cihazlar onların protezinə yerləşdirilən çiplə əlaqələndirilmiş proqramla çalışır. 

Yəni mobil telefonlar sayəsində onlar öz həkimləri ilə rahatca əlaqə saxlaya biləcəklər. Protezdə yaranan hər hansı bir problem haqda məlumat isə avtomatik olaraq cib telefonu vasitəsilə istehsalçı firmaya göndəriləcək.