Dünya tarixinə damğa vuran ilk türk hökmdar qadın Tomrisin həyatı filmə çevrilib - VİDEO

Baxış sayı:
4969

Akan Satayevin rejissorluğu ilə çəkilən saksların (İskit) qadın hökmdarı Tomrisin həyatından bəhs edən, Qazaxıstan istehsalı olan filmin afişaları çıxıb.
Musavat.com bu barədə Türkiyə mediasına istinadən məlumat verir.
Filmdə eramızdan əvvə 6-cı yüzillikdə yaşayan Sak tayfasının hökmdarı Tomrisin həyatı və mübarizəsi əks olunub.
Əhəmənilər dövlətinin hökmdarı 2-ci Kirlə müharibədən qalib çıxaraq, adını tarixə yazdıran Tomrisin gərgin müharibə yoluna da toxunulan filmin çəkilişlərinə 2017-ci ilin dekabr ayından başlanılıb.
Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin istəyilə çəkilən filmin təqdimatına hazırlıq prosesi başlanıb. Gələn ilin Novruz bayramı ərəfəsində filmin nümayiş etdirilməsi nəzərdə tutulub.


Bəs dünya tarixinə damğa vuran ilk türk hökmdar qadın Tomris kimdir?

Məşhur türk hökmdar Alp Ər Tunqanın nəvəsi olan, "sakların anası" kimi tanınan Tomris eramızdan əvvəl 6-cı yüzillikdə ərinin ölümündən sonra dövlətin başına keçib. O, türk dünyasında hökmdar qadın olaraq tanınan ilk tarixi şəxsiyyətdir.
Rəhbərlik etdiyi Sak dövləti Əhəmənilər imperiyasının yaranmasından sonra varolma mübarizəsinə başlayıb.
Tomris mülayim siyasət yürütməsinə və daim sülh tərəfdarı olmasanı baxmayaraq, Əhəməniərin bu torpaqlara yürüşlərinin ardı-arası kəsilmyib. Saklar hücumlar qarşısında geri çəkilir, lakin tərk etdikləri torpaqları yandırır, çaylara zəhər qatırdılar.
Tomrisin bu strategiyasından yorulan 2-ci Kir yalnız Tomrisin onunla evlənəcəyi təqdirdə hücumları dayandıracağını bildiibi, lakin Tomris bu təklifi rədd edib.

Sakların və Əhəmənilərin böyük müharibəsi

Aldığı rədd cavabından sonra daha da qəzəblənən Kir müharibəyə başlayıb. Tomris də artıq qaçmağın çarə olmayacağını anlayıb müharibəyə hazırlaşıb.
Kir iki ordu arasında sərhəddə əyləncə çadırı hazırlatdırır. Onun məqsədi sakları tələyə salmaq olub. Tomrisin oğlu gecə vaxtı Kirin ordusuna qarşı hücuma keçsə də, öldürülüb. Bundan çox məyus olan Tomris Kiri qana doyduracağına dair and içib.

Efsanevi Kadın Hükümdar "Tomris Hatun" Filmi Gösterime Giriyor
“Qan içməyə doymadın, indi mən səni öz qanında doyuraram”

"Turan strategiyası", "Qurd oyunu", "Hilal taktikası" adları ilə tarixə düşən ağır müharibədən Saklar qalib çıxıb və Tomris andına sadiq qalıb, sonda tarixə qızıl hərflərlə yazılan ifadəsini işlədib.
"Qan içməyə doymadın, indi mən səni öz qanında doyuraram"- bu məşhur ifadə tarixçi Herodotun qeydlərində də yer alıb.
Günümüzdə "dəmir iz" anlamına gələn Tomris adı indi də türk coğrafiyasında bir çox qızlara verilərək yaşadılmaqda davam edir.