Dünya şokda! Almaniyada dəhşətli plan

Baxış sayı:
4141

Almaniyanın “Fokus” jurnalının xəbərinə görə, Suriyalı qaçqın cildinə girən və terror aktları planlaşdırdığı iddia edilən Alman ordusunun mənsubu Franko A. haqqında istintaq aparan Alman Federal Kriminal Dairəsi, böyük bir sui-qəsdi planını ifşa edib.
 
“Focus”-un dərc etdiyi istintaq materiallarına görə, Federal Kriminal Dairəsi səlahiyyətliləri, Alman ordusuna bağlı Xüsusi Təyinatlı Qüvvələrin və xüsusi qoşun əsgərlərinin siyasətçilərə qarşı sui-qəsd təşkil etməyə hazırlaşdığını göstərən dəlillər əldə edib.
Sui-qəsd siyahısındakı şəxslərin hamısı hələ ki, üzə çıxarılmasa da, Linkenin (Sol Partiya) Federal Məclis Qrup başçısı Dietmar Bartsch-in ilk sırada yer aldığı bəllidir. Sözügedən hərbçi sui qəsd qrupunun xoşlamadıqları bütün siyasətçiləri eyni yerdə toplayaraq edam etməyi planlaşdırdığı qeyd edilib.
Sui-qəsd hazırlığındakı qrupun silah, cəbbəxana və yanacaq saxladığı qeyd edilərkən, qrupda yer alan Hərbi Əks-kəşfiyyat Xidmətində (MAD) vəzifəli bir polkovnikin istintaqı dayandırmaq ərəfəsində fərq edilərək həbs olunduğu da vurğulanıb.
Müxalifət.az