​DÜNYA ŞOKDA: ABŞ qitələrarası ballistik raketi işə saldı

Baxış sayı:
7126

Bu gün ABŞ “Minuteman III” qitələrarası ballistik raketin yeni sınağını keçirib.
Muxalifet.az xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin qlobal zərbə komandanlığının mətbuat xidmətinin məlumatına görə, sınaq Kaliforniya ştatındakı Vandenberq bazasında baş tutub. Raketin təlim başlığı 4,2 min mil (təxminən 6,75 min kilometr) məsafə qət edərək Sakit okeanda yerləşən Marşal adalarının Kvacaleyn atolu rayonundakı hədəfi vurub.
“Minuteman III” qitələrarası ballistik raketi mürəkkəb məlumattoplama qurğuları ilə təchiz olunub. ABŞ-ın Energetika Nazirliyi, Silahı Qüvvələrin Strateji Komandanlığı (STRATCOM) və Pentaqon mütəxəssisləri bu məlumatlardan silahlanmada olan qitələrarası ballistik raketlərin hazırlığını və imkanlarını yoxlamaq üçün istifadə edirlər.
Raketlər, həmçinin anomal vəziyyət zamanı özünü məhvetmə komandası göndəriləcək xüsusi qurğu ilə təchiz edilib. Sınaqların məqsədi sistemin hazırlığını, effektivliyini və dəqiqliyini yoxlamaqdır.