​DÜNYA ŞOKDA: 77 il sonra 40 nəfər hərbçinin olduğu sualtı QAYIQ TAPILDI - Video

Baxış sayı:
9040

Sovetlər İttifaqının İkinci Dünya müharibəsi illərində faşist Almaniyasının hücumuna qarşı döyüşən döyüşən və sonradan yoxa çıxan, göyərtəsində 40 nəfər hərbçinin olduğu sualtı qayıq 77 ildən sonra tapılıb. 
Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, Sovetlər Birliyinin Dəniz Qüvvələrinə aid olan U-308 tipi 'Semga' adlı dənizaltı qayıq İkinci Dünya Müharibəsi zamanı Baltik dənizində döyüşlər zamanı yoxa çıxmışdı. 
Müharibə bitdikdən sonra, Rusiya tərəfindən axtarılan sualtı qayıq bu ilə kimi tapılmamışdı.
Semga adlı sualtı qayıq, yoxa çıxdıqdan sonra yalnız 77 il sonra Finlandiya Körfəzində tədqiqatçılar tərəfindən tapılıb.