Dünya nizamı dəyişir, ABŞ-ın təsiri azalır

Baxış sayı:
2890

Artktikada Rusiyanın Şimal Buzlu okeanı marşrutlarını istifadə edən “Venta Maersk” adlı yük gəmisi, qlobal nizamı dəyişdirəcək bir naviqasiya ortaya qoyub. Şərqi Asiyadakı Vladivostok limanından yola çıxan gəmi, 37 gün sonra Rusiyanın Sankt -.Peterburq şəhərinə çatıb. Beləliklə, mövcud marşrutlara görə, 8 min kilometr az yol qət edib.
 
Ventanın izlədiyi yeni marşrut, Çin, Rusiya və Avropa arasında yeni strateji əlaqə qurarkən, ABŞ-ın su yolları üzərindəki nəzarətini də bypass edəcək.
Soyuq müharibədən sonra qurulan beynəlxalq sistem və tarazlıq sürətlə dəyişir və ABŞ-ın qlobal jandarm rolu hər keçən gün əriməyə başlayıb. Danimarkanın məşhur yük və nəqliyyat şirkəti “Maersk”-ə aid, “Venta Maersk” adlı buzqıran bir konteyner gəmisi, qlobal tarazlıqları dəyişdirəcək tarixi bir fəaliyyətə imza atıb. Şirkət rəsmiləri marşrutun Rusiya ilə paralel əlaqə saxlanılaraq təmin olunduğunu bildirib.
 Rusiyaya məxsus arktika bölgəsinin istifadə edildiyi marşrut xətti, Çin, Rusiya və Avropa arasında yeni bir strateji ticarət marşrutunun yaranmasına yol açıb. Son dövrdə ABŞ-ın üç tərəfə qarşı tətbiq etdiyi iqtisadi və ticari sanksiyaları düşündükdə, yeni marşrut sayəsində tərəflər ABŞ təzyiqindən xilas olma yolunda mühüm bir alternativə malik olacaq.
 
ABŞ-a BYPASS
 
Qeyd edək ki, marşrut, eyni zamanda ABŞ donanması tərəfindən nəzarət altında saxlanılan su yollarının da bypass edilməsi anlamına gələcək. Cəbəllütariq, Süveyş kanalı, Qırmızı dəniz, Babül Mendep və Cənubi Çin dənizi kimi su yolları, qlobal ticarət və enerji bazarını nəzarət altında saxlamağı qarşısına məqsəd qoyan ABŞ-ın döyüş gəmiləri və hərbi bazalarının nəzarətdə olur. Yeni marşrut nəticə etibarı ilə ABŞ nəzarətindəki Atlantika-Sakit okean keçidinə də alternativ olacaq.
Müxalifət.az