Dünya mətbuatı Türkiyənin Əsəd güclərini vurmasına GENİŞ YER VERDİ

Baxış sayı:
3883

Dünya mətbuatı, Türkiyənin Əsəd tərəfdarı milisləri vurmasına geniş yer ayırıb. "Ankara, möhkəm bir mövqe nümayiş etdirərək geri addım atmadı" deyə, şərhləri verilib. Şam-YPG əməkdaşlığında İranın təsirinə diqqət çəkilib.
 
ABŞ-ın “Vaşinqton Post” qəzetində isə "Suriyadakı yeni münaqişədə Türkiyə və İran qarşı-qarşıya gəlir" başlığı ilə bir məqalə dərc olunub. Yazıda, Afrindəki terrorçulara dəstək çıxan döyüşçülərin "adətən Əsədin hərbi gücünü dəstəkləyən İran tərəfdarı milislər olduğu" bildirilib.
Yazıda, Suriyadakı vəziyyət böyük bir şahmat oyunu ilə müqayisə edilib. Almaniyanın “DPA” agentliyi, Türkiyə prezidentinin sözçüsü İbrahim Qalının "Sahədəki çirkli anlaşmalara baxmayaraq planımızın həyata keçirilməsini davam etdirəcəyik" açıqlamasına yer verərkən, İngiltərə mərkəzli beynəlxalq xəbər agentliyi “Reuters” də "Türk Silahlı Qüvvələrinin, Əsəd tərəfdarı qüvvələrlə bilavasitə qarşı-qarşıya gəlməsi Suriyadakı mənzərəni daha da qarmaqarışıq hala gətirəcək" şərhini verib.
“France 24”, “Arab News”, “Jerusalem Post” kimi media qurumları da Afrində baş verənləri "Suriyanın şimalında gərginlik artırr" şəklində xarakterizə edib.
Müxalifət.az