Dünya Marsla toqquşaraq məhv olacaq - SENSASİON İDDİA

Marsın orbitindən kənarlaşması nəticəsində Yer kürəsi ilə toqquşması qaçılmazdır.
Bu barədə Medison Universitetindən olan alimlər xəbərdarlıq ediblər. Şimali Amerikadakı Kolorado çayı kanyonundakı əhəngdaşı və süxurları tədqiq edən elm adamları göy cismləri arasında toqquşma ehtimalını təyin edən və eyni zamanda orbitdə baş verən hadisələrlə dünyada baş verən iqlim və tarixi kataklizmləri kimi hadisələri birləşdirən "Günəş sisteminin xaos nəzəriyyəsi”nə sübutlar tapıblar. Alimlərə görə, yaxın gələcəkdə Günəş sistemində sabitlik müşahidə olunacaq, lakin uzaq gələcəkdə Mars adi orbitdən kənara çıxa bilər. Bundan sonra isə planetin Yerlə toqquşması qaçılmazdır. Ən sevindirici məqam isə bu toqquşmanın ən azı milyard il sonra baş verməsi ilə bağlı proqnozdur (Axar.az).