​Dünya liderləri İlham Əliyevə başsağlığı verdi

Baxış sayı:
8620

Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə başsağlığı verib.
Başsağlığında deyilir:
Zati-aliləri,
Bakıdakı Respublika Narkoloji Mərkəzində baş verən və insanların ölümü ilə nəticələnən yanğınla əlaqədar Gürcüstan hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə dərin hüznlə başsağlığı verirəm.
Bu ağır anlarda biz qardaş Azərbaycan xalqının yanındayıq və həlak olanların ailələrinin kədərini bölüşür, onlara səbir diləyirik.