Dünya hərəkətə keçməlidir, yoxsa ermənilər…

Prezidentlərin Cenevrə görüşü Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqlarına müsbət töfhə verə bilər.
Bunu açıqlamasında politoloq, millət vəkili Rasim Musabəyov deyib. Deputatın sözlərinə görə, görüş sonrası verilən bəyanatda nikbinlik ifadə edilsə də, İrəvanın növbəti dəfə qeyri-konstruktiv mövqe sərgiləməyəcəyi istisna oluna bilməz:
“Ona görə də beynəlxalq birlik Ermənistana təzyiq etməlidir, yoxsa İrəvan status-kvonu uzatmaq üçün prosesi yubadacaq və sülhə gəlməyəcək”.
Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentləri iki illik fasilədən sonra oktyabrın 16-da Cenevrədə bir araya gəliblər. Prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşıblar. Həmsədrlər isə Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə sülh yolu ilə həlli üçün tərəflərlə işləməyə hazır olmaqda qaldıqlarını və növbəti addım kimi xarici işlər nazirləri ilə yaxın gələcəkdə işçi görüş keçirəcəklərini bəyan ediblər.