DÜNYA GÜCLƏRİ LİVİYADA BİR DAHA TÜRKÜN GÜCÜNÜ GÖRDÜ! – Qardaş ölkə nəhəng dövlətlər üzərində qələbəyə çox yaxındır…

Baxış sayı:
2104

2011-ci ildə ərəb coğrafiyasını cənginə almış “ərəb baharı” deyilən, amma əslində “ərəb fırtınası” ilə sovrulan və xaraba qalan ölkələrdən biri Liviya oldu. Baş verən fəlakətli dönəmdən sağ çıxa bilməyən ölkə faktiki olaraq iki yerə bölünmüşdü və Qərbin gətirəcəyi ikinci müstəmləkəçilik dalğası üçün hazır idi. 2014-cü ildə iki yerə bölünən Liviyada, 2015-ci ildə Milli Razılıq Hökuməti təşkil olundu, ölkənin digər hissəsi isə BMT-nin rəsmən tanıdığı hökumtə tabe olmamaq yolunu tutdu ki, hazırda bu bölgə hərbçi Haftarın idarəsi altındadır.
2019-cu ilin noyabrında Yütrkiyə və Liviya MRH arasında “Şərqi Aralıq Dənizi Sərhədləri Razılaşması”na dair memorandum imzalandı ki, bu da Türkiyə ilə əks cəbhələrdə duran Qərb dövlətləri və Rusiyanı narahatçılığına səbəb oldu. Bu qüvvələr Ankara ilə Trablusun yaxınlaşmasını istəmədikləri üçün 20 il ABŞ-da yaşamış və kəşfiyyatın təlimlərindən keçmiş Haftarın vasitəsilə Ərdoğanın müttəfiqi Sarracı devirmək üçün hərbi əməliyyatlara start verdilər. Rusiya etiraf etməsə də muzdlu “Vaqner” ordusu, ABŞ və İsrailin bölgədəki müttəfiqləri - Misir, BƏƏ açıq şəkildə Haftarı Somalidən müzdlu döyüşçülər cəlb etməklə və külli miqdarda silah-sursatla uğursuz şəkildə dəstəkləyirlər. Onları Türkiyənin timsalında qorxudan nədir və məqsədləri nədir?
Qərb dövlətləri Türkiyənin Aralıq dənizində və enerji rəqabətində mövqelərini zəiflətməklə, Ankaranı Aralıq dənizinə sıxışdırmağa çalışırlar. Çünki Liviya ilə bağladığı razılaşmaya qədər Türkiyənin Aralıq dənizindəki müttəfiqi ŞKTC idi. İndi isə Trablus da müttəfiqdir və bunu həzm edə bilməyən ölkələr özlərinin bölgə siyasətlərinin zədələnəcəyini bildikləri üçün Haftar vasitəsilə Ankaranın üzərinə hücuma keçdilər. Bunu anlayan Ərdoğan “Liviyadan gələn dəvəti” dəyərləndirərək, Sarrac hökumətini hrəbi baxımdan dəstəklədi, həm də qloballaşan dünyada sərhədləri uzaqdan qorumağın vaxtı gəldiyinə işarə vurdu.
Türkiyənin bölgədə güclənməsini həzm edə bilməyən və müsəlman təəssübkeşliyinin üstündən “ərəb millətçiliyi” təkərləri ilə keçən Səudiyyə Ərəbistanı, Bəə Türkiyəni Liviyada Haftarı tam məğlub etməyə imkan verməmək üçün Misiri razı saldı və bildiyimiz kimi Misirin çevrilişlə hakimiyyətə gələn rəhbəri Sisi əl-Fəttah ölkənin Liviya ilə sərhədinə qoşun toplamağa başlayıb. Aydındır ki, Qahirə bu addımları BƏƏ və Səudiyyə Ərəbistanının təzyiqi ilə atır. Bir neçə gün əvvəl o Liviyanın Sirt və Cufra şəhələrinin ölkəsi üçün “qırmızı xətt” olduğunu bəyan etdi, bu istiqamətə irəliləyiş olacağı təqdirdə ordunun müdaxilə edəcəyini bildirdi. Məlumdur ki, bu müraciət Türkiyənin ünvanına idi. Bu iki şəhər Ankara üçün çox strateji əhəmiyyət daşıyır. Cufradakı neft ehtiyatları Sirt körfəzindəki limanlardan Avropaya daşınır, həmçinin başda Fransa olmaqla Haftara hamilik edən dövlətlər onun nəzarətində olan, Sirt-Cufra şəhərlərinin yerləşdiyi ərazidə onların “forpostu” olacaq dövlət yaratmaq istəyirlər. Bunu bacararlarsa, Türkiyənin Liviya strategiyası, qazandığı hərbi uğurlar və Sarrac hökuməti ilə imzaladığı MİS (Müstəqil İqtisadi Zona) müqaviləsinin əhəmiyyəti qalmayacaq. Bu marionet dövlətlə Türkiyənin dəniz sərhədi olacaq və Ankara onunla razılıq əldə edə bilməyəcək. Əslində Türkiyə-Liviya arasında imzalanan MİS müqaviləsinə Misirin də qoşulması Qahirə üçün sərfəlidir. Çünki Qahirə Yunanıstanla imzalamaq istədiyi MİS müqaviləsində payına düşəndən 10 min kv.km daha çox dəniz ərazisi əldə edə bilər. Lakin Qərbli ağaları, regiona dair xüsusi planları olan, iyulun 1-də Fələstinin tam ilhaqını tamamlamağa start verməyi planlayan, “vəd olunmuş” torpaqlara yiyələnməyə çalışan, Türkiyə ilə açıq münaqişəyə yox, pərdəarxasında “dirijorluğu” ilə hadisələrin gedişini yönləndirməyə çalışan İsrail, Rusiya, ərəb qardaşları Sisiyə “göz ağartdıqları üçün” Ərdoğanla razılığa gəlməyə ürək etmir. Çünki sonunun yerinə gəldiyi Məhəmməd Mursi kimi devrilmək olacağını yaxşı bilir. O, çevrilişlə hakimiyyətə gəlib və ABŞ, İsrail, Körfəz ölkələri tərəfindən dəstəklənir. Ölkədə isə daxili-siyasi dayaqları yoxdur, Türkiyə ilə açıq müharibə isə ona qarşı ayaqlanmalara gətirər.

Liviyada zəfər Türkiyəyə nə verəcək?


Əvvələ Liviya Afrikada ən zəngin karbohidrat yataqlarına malik  ölkədir və istehsal olunan neftin 80 faizi Avropaya ixrac olunur. Liviya bu ehtiyatların hər il ¼-ni çıxarır və Türkiyənin bu ölkədə 180 milyon dolları aşan yatırımı mövcuddur. Arasında Sirt və Murzukun da olduğu “neft hilalı” deyilən ərazidə iki ölkə ortaq layihələr qurmağı planlayır. Türkiyə ehtiyacı olan neft və təbii qazın əhəmiyyətli hissəsini buradan təmin edəcək. Bu isə Türkiyədə istehsal xərclərinin, sığorta xərclərinin və vergilərin azaldılmasına gətirəcəki ki, nəticədə Trükiyə iqtisadiyyatına nəfəs aldıracaq. Bundan başqa, illərlə regionda müstəmləkə siyasəti ilə qaniçən Qərbli kolonistləri bölgədən uzaqlaşdıracaq. Coğrafi olmasa da, Türkiyənin iqtisadi, hərbi-siyasi sərhədləri genişləyəcək. Ardınca türk dövlətinin uğurlarını qalıcı etmək üçün Liviyada türk hərbi bazaları qurulacaq ki, bu nəinki Liviyanın, Çinin və Rusiyanın uğrunda mübarizə apardıqları Afrikanın Türkiyənin nüfuz dairəsinə girməsi ilə belə nəticələnə bilər.
Fransanın 1958-ci ilə qədər istismar etdiyi 14 Afrika ölkəsini, onlar müstəqilliyini qazandıqdan sonra da xəraca tabe etmiş, hər il bu ölkələrdən 500 milyard dollar maliyyə vəsaiti onun büdcəsinə daxil olurdu. Hazırda Covid-19 pandemiyası ilə onsuz da baş qarışıq olan Fransa əvvəlki “qan bahasına xərac” pulunu itirib. NATO-nun bundan əvvəlki sammitində “NATO-nun beyin ölümü keçirdiyini” bəyan edən Makron Türkiyənin bölgədə genişləyəcəyi təqdirdə Fransanın geri oturdulacağını anlayır. Fransa, Avropa və ABŞ-ın Liviya dosyesində 3 əsas mövzu var: neft, köç və terror. Neft Haftar 2016-cı ilin senytabrında “Neft Hilalı” bölgəsini yenidən açdığı zaman yenidən axmağa başladı. Terror 2016-cı ildə sadəcə Haftarın nəzarətindəki Binqazidə deyil, Saraca bağlı Mistrata hərbçilərinin dəstəyi ilə İŞİD-in yuvalarını yıxmaqla gerilədi. Köçlər isə Trablusdakı Sabratha hərbçiləri ilə italyanlar arasında əldə olunan tədbirlərlə azaldı. “Le Monde”qəzetinə görə, Fransanın indiyə qədər səssiz qalmasının səbəbi AB-nin Hafftarın ölkənin dögər torpaqlarının da ələ keçirməsi yönündəki səssiz planı idi. VOA-ya müsahibə verən Əlcəzair əsilli Fransız siyasət elm adamı və tarixçi Naoufel Brahimi El Mili Türkiyə ilə Fransanın arasındakı Liviya yarışını Sarkozi dövründən qaynaqlandığını bildirir: “Xatırlayırsınızmı, Qəddafi öldürüldükdən sonra Nikolas Sarkozi və David Cameron Liviyaya getdi. Onlardan bir gün sonra Ərdoğan Liviyaya getdi. Btütn media bu yarışı yazmışdı. Liviya Türkiyə üçün çox vacib idi, o zaman Misirin prezidenti Məhəmməd Mursiyə yardım etmək üçün önəmli idi. Sisi Mursini devirdikdən sonra bu vaciblik dəyişmədi, amma məqsəd dəyişdi.
Bu məsələdə BMT TŞ-üzvü olan Fransa da Sarac hökumətinə dəstək verdi, amma Haftar Sarraca qarşı çıxarkən Makron onu Fransada qəbul etdi və dəstəklədi. Yəni Fransa öz-özünü təkzib etdi. Halbuki Türkiyə BMT-nin tanıdığı dövlət ilə birgədir. Türk ordusu Trablusu xilas etməyi bacardı. Bütün məsələ budur”.

“Bəs bölgədə bu qədər aktyor var ikən niyə Fransa və Türkiyə üz-üzədir” sualına cavab olaraq isə deyə bilərik ki, Haftarı Misir, Səudiyyə Ərəbistanı, BƏƏ dəstəkləyir və bu üç ölkə Türkiyəyə pislik etdi. Fransanın Beynəlxalq Strateji Münasibətlər İnstitutu rəhbər yardımçısı Türkiyə və geo-siyasət eksperti Didier Billion bildirir ki, Fransa və Türkiyənin sərt şəkildə Liviyada üz-üzə gəlməsində Emmanuel Makronun və onun komandasının xüsusi rolu var: “Makron AB lideri rolu oynamaq istədi, ama bacarmadı. Almaniya ilə pandemiya ilə mübarizə məsələsində ortaq addımlar atmaq istəsə də, AB ortaqlarına qarşı çıxmış oldu. Diplomatik planda isə Səudiyyə Ərəbistanı və BƏƏ-nin xəttinə yaxınlaşdı. BMT üzvü olduğu halda üsyançı bir generalı dəstəklədi. Fransa vəziyyətə doğru olmayan reaksiyalar verir. ABŞ, İngiltərə, Almaniya Liviya məsləsində səbrlə irəliləyirlər”. Misir Türkiyəyə xəbərdarlıq etməsinə baxmayaraq, Türkiyənin NATO üzvü olduğu üçün çox irəli gedə bilməz. Buna görə Fransa NATO-da Türkiyənin mövqeyini zəiflətmək üçün Trampa şikayət etdi. Almanlar diplomatiyada Şimali Afrikada güclü deyillər, İtaliya onlara Liviyadan köç dalğasının gəlməsini istəmir. Geriyə Fransa qalır ki, o da Türkiyə ilə ortaq məxrəcə gəlməyə məcburdur.
Rusiyaya gəlincə, Kreml Suriyada qalıcı olmaq üçün İdlib kartından istifadə edir. Keçən həftə RF XİN Lavrovun və MN Şoyqunun Türkiyəyə gedərkən yol üstündən qayıtması da Türkiyəyə etməyə hazırlandığı bu təkliflə bağlı idi. Yəni Liviya əvəzinə Suriya-İdlib. Amm Ərdoğanın onları yoldan geri qaytarması Türkiyənin İdlib-Suriyadan vaz keçməyəcəyinə işarət edir.
Və sonda ABŞ-a gəlincə, bu qarşıdurmada Vaşinqtonun mövqeyinin həlledici olacağını düşünürəm. ABŞ hələlik hər iki tərəfə qarşı məsafəli davranır. Aydındır ki, Haftar vasitəsilə Rusiyanın Liviyaya yerləşməsi və Misirin Haftar cəbhəsinə dəstək verməsi ABŞ-ı narahat edir. Burada ABŞ-ın Rusiyanı terrorçuluğu dəstəkləyən ölkələr siyahısına daxil etmək üçün qanun layihəsini xatırlamaq yerinə düşər. Həmçinin, Türkiyənin regional fəaliyyətlərinin İsrail başda olmaqla, Fransa və Körfəz ölkələrinin maraqlarına zidd olması da Vaşinqtonun istəklərini uyğun deyil. Lakin eyni zamanda Birləşmiş Ştatlar iki regional müttəfiqi arasında tərəf tutmaq istəmir. Xatırlıyırsınızsa, Suriyada ABŞ-ın kürdlərə dəstək verməsi Türkiyənin Rusiyayla yaxınlaşmasına səbəb olmuşdu. ABŞ-ın bu qarşıdurmada tərəf olması iki müttəfiqindən birinin Rusiyayla yaxınlaşmasına yol açacaq. Xüsusilə, Türk hökumətinin bu konteksdə atdığı addımları vurğulamaq yerinə düşər. Belə ki, iyunun 9-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Donald Trampla telefonla əlaqə saxladıqdan sonra “ABŞ ilə Liviya məsələsində razılıq əldə olunub” açıqlaması diqqəti cəlb edir. Bundan əlavə, ötən həftə Türkiyə və Rusiya arasında keçirilməsi nəzərdə tutulan Liviya ilə bağlı görüşün təxirə salınması Ankaranın Vaşinqtona “mesajı” kimi dəyərləndirilə bilər.

Ülviyyə ŞÜKÜROVA,
Hurriyyet.org