​Dünya Eynşteyni geridə qoyan bu qızdan danışır - FOTOLAR

Baxış sayı:
1075

İngiltərənin ən ağıllı uşağı adlandırılan 3 yaşlı Ofeliya Morqan-Dyu dünya gündəmini zəbt edib.
"Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Ofeliyanın İQ səviyyəsi Albert Eynşteyn və Stefan Houkinq kimi alimlərin zəkasından 11 bal yüksəkdir.
İQ-sü 171 olan balaca qızın yüksək zəkasını görən anası Nataliya onu mütəxəssislərin yanına aparıb.
Məlum olub ki, Ofeliya təkcə ağıllı uşaq deyil, eyni zamanda iti yaddaşa malikdir.
Belə ki o, 1 yaşından əvvəl bütün yaşadıqlarını xatırlaya bilir.