​Dünya çempionunun qətlində ittiham olunan Anarın məhkəməsi başlayır – RUSİYADA

Baxış sayı:
2047

Rusiyanın Xabarovsk vilayət məhkəməsində  pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçyovun qətlində təqsirli bilinən azərbaycanlı Anar Allahverənovun cinayət işi üzrə ilkin məhkəmə dinləməsi başlayıb.  
"RİA Novosti"-nin verdiyi xəbərə görə, bugünkü məhkəmə iclası qapalı şəkildə keçirilir.
Məlumata görə, Anar Allahverənovun maraqlarını məhkəmədə 3  vəkil təmsil edir. Onlar ekspertiza zamanı əldə olunduğu iddia edilən sübutların əsassız və qəbuledilməz olmasına dair vəsatət qaldırıblar. 
Qeyd edək ki bu il avqustun 20-də rusiyalı idmançı Andrey Draçov Xabarovsk vilayətində azərbaycanlı Anar Allahverənov tərəfindən döyülərək öldürülüb.
Törətdiyi cinayətə görə təqsirləndirilən A. Allahverənov ömürlük həbs cəzası ala bilər(apa).