Dünya çempionumuz faciəvi şəkildə öldü

Baxış sayı:
5497

Sərbəst güləş üzrə Azərbaycan yığmasının üzvü Sultan Nəsrullayev ağır yol-nəqliyyat qəzasında həyatını itirib.
 
Müxalifet.az xəbər verir ki, qəza yanvarın 25-də Moskva-Həştərxan magistralının 607-ci kilometrliyində Voronej vilayətinin Qribanovskiy rayonunda olub. Əslən dağıstanlı olan idmançının yaxınları "Midag.ru"ya məlumatı təsdiqləyiblər.Hadisə zamanı avtomobildə olanların hamısı - S.Nəsrullayev və digər üç nəfər də həyatını itirib.Qeyd edək ki, S.Nəsrullayev 54 kq çəki dərəcəsində çıxış edib. O 2011-ci il avqustun 25-də Macarıstanın Szombatxel şəhərində yeniyetmə güləşçilərin dünya çempionatının qalibi olmuşdu.ALLAH RƏHMƏT ELƏSİN