Dünya çempionumuz Dubayda gümüş medalla kifayətləndi

Baxış sayı:
1321

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən karate üzrə Premyer Liqa turniri başa çatıb.
Muxalifet.az xəbər verir ki, dünya çempionumuz İrina Zaretskya (-68 kq) finalda misirli Fəryal Abdeləzizə 1:2 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənib.
Kişilərdən ibarət kata millimiz isə bürünc medal uğrunda görüşdə İspaniyaya 23.74:25 hesabı ilə uduzaraq medalsız qalıb.
Beləliklə, yenə də Azərbaycana medalları dünya çempionlarımız qazandırıb. Bundan əvvəl beşqat dünya çempionumuz Rafael Ağayev (-75 kq) bürünc medal qazanmışdı.