Dünya çempionu təyyarədə maska taxmadığı üçün qalmaqala səbəb oldu - VİDEO

Baxış sayı:
4087

Peşəkar boksçular arasında mütləq dünya çempionu Natalya Raqozina xoşagəlməz hadisə ilə gündəmə gəlib.

Bu barədə rusiyalı keçmiş idmançı özünün instaqram səhifəsində məlumat paylaşıb.

44 yaşlı boksçu təyyarədə ondan maskasını taxmağı tələb edən stüardessalarla mübahisə edib.

"İndi insanlar epidemiyaya görə qəddardırlar? Yoxsa mən qalmaqallı qızam? Heç kimi narahat etmədən aeroporta gəldim, "Aeroflot"un təyyarəsi gecikmişdi. Heç vaxt olmadığı qədər maska taxıram. Bəs suyu və şampanı necə içim? Hə, mən olduğum kimiyəm. Amma təyyarədə özünü rəhbər kimi aparan Janna adlı stüardessa qərar verdi ki, hamının əhvalını korlamalıdır. Uşaqlıqda arzum stüardessa olmaq idi. Amma bu cür qəsdən qalmaqala səbəb olan insanları görəndə... Elə hiss yaranır ki, bu şirkətdə hamını elanla işə götürüblər. Bu, ilk dəfə deyil. Özümü ələ almağa çalışıram", - Raqozina yazıb.

Qeyd edək ki, Natalya Raqozina 2 qat Avropa və dünya, həmçinin 5 qat Rusiya çempoionudur./report